Yaponiyanın Sakit okean sahilində yerləşən Aso vulkanı püskürüb.
Axar.az xəbər verir ki, bu barədə Yaponiya Meteoroloji Agentliyi məlumat yayıb.
Püskürmə yerli vaxtla saat 11:43-də "Nakatake" kraterində baş verib. Püskürmədən sonra kül vulkanın 1 kilometr ətrafına yayılıb.
Agentlik təhlükə səviyyəsinin 3-ə qalxdığını və insanların vulkana yaxınlaşmamasını tövsiyə edib.
Yaponiyanın cənubundakı Kyuşu adasında yer alan 1592 metr yüksəkliyə malik Aso ölkənin ikinci böyük dağı və məşhur alpinizm mərkəzidir.