ABŞ Senatının Beynəlxalq Münasibətlər Komitəsi İsrailə səfir göndərilməsi üçün Tomas Naydsın namizədliyini təsdiqləyib.
Axar.az xəbər verir ki, bundan sonra Naydsın namizədliyi Senatda səsverməyə çıxarılacaq. Bu prosesin xüsusi müqavimət olmadan Senatdan keçəcəyi gözlənilir.
Qeyd edək ki, Nayds bankirdir. O, “Morqan Stenli” bankının keçmiş sədr müavinidir. Obama dövründə o, israilyönlü siyasətçi sayılırdı və İsrail hökumətinin ABŞ-da ən etibarlı tərəfdaşlarından hesab edilirdi.