Uels regionun Birləşmiş Krallıqdan ayrılması məsələsinin nəzərdən keçirilməsi üçün xüsusi komissiya yaradıb.
Axar.az xəbər verir ki, bu məlumatı BBC televiziyası yayıb.
Məlumata görə, hökumətin yaratdığı komissiya Brtaniyanın konstitusiya strukturlarında reform variantlarını hazırlayacaq. Televiziya Uelsin gələcəyi ilə bağlı bütün variantların müzakirə edilməsinin planlaşdırıldığını bildirib.
Qeyd edək ki, 2014-cü ildə Şotlandiya Britaniyadan ayrılmaq barədə referendum keçirmiş, əhalinin böyük qismi müstəqillik əleyhinə səs vermişdi.