Saakaşvilinin həbsi Gürcüstanın imici üçün fəlakətdir.
Axar.az xəbər verir ki, bunu “Amerikanın səsi”nə müsahibəsində ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.
“Saakaşvilinin həbsi Gürcüstan hökuməti üçün fəlakətdir. Əvvəlki seçkidə insanlar Gürcü Arzusunun qələbəsiylə razılaşırdılar. Siyasi qütbləşmə və böhranı geridə qoymaq yerinə hakimiyyət yeni böhran yaratdı. Qorxuram ki, Gürcüstan siyasəti daha dərin böhrana gedəcək.
Məni Mixail Saakaşvilinin səhhəti çox narahat edir. Eskalasiyanı aşağı salmaq üçün yol tapmaq lazımdır. Keçmiş prezident Saakaşvili həbsxanada oturur və onun aclıqdan başqa mübarizı mexanizmi yoxdur. Heç kim əbədi ac qala bilməz. Hökumətə təzyiq göstərmək baxımından aclığın mənası buradadır. Əgər mən Gürcüstan hökumətdə olsaydım, deeskalasiya imkanlarının axtarılması haqqında düşünərdim. Bunu etmək imkanları var. Onlardan biri Saakaşvilini 6 il həbsxanada saxlamamaqdır. Onu qiyabi olaraq ittiham ediblər, bu o deməkdir ki, ədalətli olmayıb”, – deyə o bildirib.