Əfqanıstanın şimal-şərqindəki Baqlan əyalətində Milli Müqavimət Cəbhəsi döyüşçüləri ilə Taliban arasında silahlı toqquşmalar yenidən başlayıb.
Axar.az xəbər verir ki, bu barədə Əfqanıstan İslam Agentliyi məlumat yayıb.
Məlumata görə, toqquşmalar zamanı ən azı 7 vəzifəli şəxs öldürülüb. Ölənlər arasında Federal Vergi Xidmətinin iki komandiri də var.
Taliban tərəfi də itkilər verib. Hadisənin digər təfərrüatı hələ açıqlanmayıb.