Kazak və qiyamçı qanının ölkənin suverenliyinin bərpasına kömək edəcəyinə əminəm.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna Silahlı Qüvvələrinin (SQ) Baş komandanı, general-leytenant Valeriy Zalujnıy çıxış edib.
"Ukraynanın müdafiəçiləri artıq səkkizinci ildir ki, Rusiya təcavüzünü cilovlayırlar. Biz Avropanın etibarlı qalxanına çevrildik. Damarlarımızdakı kazak və qiyamçı qanı bizi yalnız irəli - qələbəyə aparır. Biz mütləq ölkənin bütün ərazisi boyunca dövlət suverenliyini bərpa edəcəyik", - Zalujnıy qeyd edib.