Bill Klintonla bağlı hər şey yaxşıdır.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden jurnalistlərə açıqlamasında deyib.
“Keçmiş prezident Klintonla bağlı suallarınızın olduğunu bilirəm. Zəngləşirik. Deyəsən, Allahın iradəsi ilə onda hər şey yaxşıdır. Onunla danışanda, xəbər edəcəyəm”, - deyə Bayden bildirib.
Qeyd edək ki, ABŞ-ın eks-prezidenti Bill Klinton səhhətində yaranan problemlərə görə xəstəxanaya yerləşdirilib.