"Çocuklar duymasın" serialındakı Çaycı Hüseyn obrazı ilə məşhurlaşan Alparslan Özmola ağır itki üz verib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyorun atası Coşkun Özmol bu gün səhər saatlarında vəfat edib.
Alparslanın atası nəfəs darlığı səbəbindən 21 gündür reanimasiyada idi. Müalicələrə baxmayaraq, həkimlər onu xilas edə bilməyib.