Əfqanıstanda bilet qiymətlərini Taliban hakimiyyətə gəlməmişdən öncəki səviyyəyə endirməyən "Kam Air" və “Pakistan International Airlines” özəl aviaşirkətlərinin uçuşlarına maneə törədiləcək.
Axar.az xəbər verir ki, bunu Taliban hərəkatının rəsmisi Zəbiullah Mücahid Tvitter səhifəsində yazıb.
“Özəl hava yolları PIA və “Kam Air” şirkətlərinə bilet qiymətlərinin İslam Əmirliyinin (Taliban dövləti) gəlməsindən əvvəl satıldığı qiymətə uyğunlaşdırılmaları lazım olduğu bildirildi”, - o qeyd edib.
Qiymətlərin tənzimlənməsindən imtina ediləcəyi təqdirdə şirkətlərin uçuşlarının qadağan ediləcəyi bildirilib.