Bu ilin 9 ay ərzində aparılan iki mindən çox yoxlama nəticəsində 218 müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Agentliyin ilin ilk 9 ayındakı fəaliyyətinə həsr olunan mətbuat konfransında deyib.
O bildirib ki, 2021-ci ilin 9 ayı ərzində AQTA tərəfindən ümumilikdə, 2001 yoxlama aparılıb6
"Yoxlamalardan 1396-sı planlı, 605-i plandankənar yoxlamalardır. Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində 4400 iş üzrə inzibati tənbehvermə haqqında qərar qəbul edilib. İnzibati tənbehvermə haqqında qərarlar əsasında 2,110,900 AZN məbləğində cərimə tətbiq edilib. 213 müəssisədə "Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə" qərar qəbul olunub. Məhdudlaşdırıcı qərarlardan 88-i ticarət obyektləri, 38-i ictimai iaşə müəssisəsi, 87-si istehsal müəssisələri və digər fəaliyyət sahələri barəsində olub".
Q.Təhməzli qeyd edib ki, 2021-ci ilin 9 ayı ərzində Agentlik tərəfindən 50,147 ədəd qida təhlükəsizliyi sertifikatı, 39,243 ədəd fitosanitar sertifikat və icazə sənədi, 10,800 ədəd baytarlıq sertifikatı və icazə sənədi verilib:
"Qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti tədbirləri nəticəsində məhv edilmiş məhsulların siyahısına 206 ton ət və ət məhsulları, 28 ton balıq məhsulları, 665 ton və 13,748 dkl süd və süd məhsulları, 5,018 ədəd yumurta, 615 dkl alkoqollu və 18,045 dkl alkoqolsuz içkilər, 123 ton və 36 dkl tamlı məhsullar qrupuna aid digər məhsullar, 240 ton şəkər, bal və şəkərli qənnadı məmulatları, 32 ton un və un məmulatları, 60 ton və 37 dkl mayonez və yağ məhsulları, 22 ton dənli-paxlalı bitkilərdən məhsullar, 317 ton meyvə və tərəvəz məhsulları, 6 ton, 2 dkl və 74,961 ədəd qida əlavələri, 8 ton kulinariya məmulatları, 20 baş iribuynuzlu və xırdabuynuzlu heyvan, 3 ton və 41 dkl baytarlıq preparatları, 949 kq taxıl, 106 ton meyvə və tərəvəz, 109 ədəd üzüm tingi daxildir.
Bununla yanaşı, 58 tibb müəssisəsində xəstələrin qidalanma rejiminin təmin olunması, həmçinin qida normalarının normativ sənədlərin tələblərinə uyğun tətbiq edilməsi ilə bağlı yoxlamalar həyata keçirilib, 8 tibb müəssisəsində aşkar edilmiş pozuntularla bağlı materiallar Baş Prokurorluğa göndərilib. Həmçinin 28 tibb müəssisəsinin məsul şəxsləri yol verdikləri pozuntularla bağlı inzibati məsuliyyətə cəlb edilib".