Norveçin Konqsberq şəhərində insanlara oxlarla hücum edilib.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, ilkin məlumata görə xeyli sayda insan həlak olub, yaralılar var.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun təkbaşına hərəkət etdiyi məlumdur.
Digər detallar araşdırılır.
***
İnsident nəticəsində azı 4 nəfərin öldüyü bildirilir.
***
Norveç dövlət televiziyası NRK Konqsberqdə baş verən oxlu hücum nəticəsində 5 nəfərin öldüyünü açıqlayıb.
Norveç polisi rəsmi tvitter hesabı vasitəsilə hücum edən şəxsin saxlanıldığını bildirib.