İranda ötən sutka ərzində 194 nəfər koronavirusdan (COVID-19) ölüb, 12 298 nəfər yoluxub.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 123 275 nəfərə, yoluxanların sayı isə 5 742 083 nəfərə çatıb. Virus daşıyıcılarından 5 026 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 5 264 775 nəfər koronavirusdan sağalıb, 33,5 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda təxminən 68,3 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 46,8 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 21,5 milyon təşkil edir.