Harri Potter haqqında uşaq kitabları seriyasının müəllifi Coan Roulinq “Milad donuzu” adlı yeni kitabının təqdimatını keçirib.
Kult.az xəbər verir ki, bu barədə yazıçı Tvitter səhifəsində məlumat paylaşıb.
Süjetə görə, kitabın qəhrəmanı 7 yaşlı Cek Pok oyuncaq donuzunu xilas etmək üçün uzaq ölkəyə səyahətə çıxır. Qəhrəman sevimli dostunu xilas etmək üçün çətin sınaqlardan keçir və dəhşətli canavara meydan oxuyur.
Qeyd edək ki, Coan Roulinqin kitablarının ümumi tirajı 500 milyonu keçir. Onun kitabları 80 dilə tərcümə edilib və onların əsasında on film çəkilib.