Ankara Yunanıstanın Londondakı Britaniya Muzeyindən Parfenon heykəllərinin Afinaya qaytarılması tələbini dəstəkləyir və Yunanıstan-Türkiyə münasibətlərinin yaxşılaşacağına ümid edir.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun “Ta Nea” qəzetinə müsahibəsində deyib.
O, Kipr probleminin həllindən də söz açıb və bildirib ki, nə Kipr türkləri, nə də Türkiyə daha 60 il itirmək istəyir. Onun sözlərinə görə, Yunanıstan və Türkiyənin mədəni irsinin qorunması və mühafizəsi daha çox əməkdaşlıq və qarşılıqlı rəğbət tələb edən məsələdir.