Son xəbərlər

 

Bəs qida ekspertləri, həkimlər bu mövzuda hansı fikirdədir?

Milli.Az xəbər verir ki, məsələ barədə Trend-ə danışan Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, Yeni il hədiyyə qutuları azyaşlılar üçün nəzərdə tutulduğuna görə, onların etibarlı şirkətlər, istehsalçılar tərəfindən hazırlanması ən önəmli faktorlardan biridir.

"Qutunun cəlbediciliyi, rəngarəngliyi ilə yanaşı, eyni zamanda, onun üzərində istehsalçı şirkət haqqında ətraflı məlumatın olması, içindəki qida məhsulları haqqında tam məlumatların göstərilməsi olduqca vacibdir. Əlavə olaraq bu məhsulların hər birinin ayrı-ayrılıqda tərkibi verilməli, son istifadə müddəti və istehsal tarixi göstərilməlidir.

Bəzən Yeni il hədiyyəsini açdıqda görürük ki, nə vaxtlara diqqət edirlər, nə də onların bu məlumatları araşdıracaq qədər məlumatları olur. Bu zaman yük, məsuliyyət valideynlərin üzərinə düşür. Onlar aldığı hər bir qidanı diqqətlə yoxlayıb, övladlarına verməlidirlər.

Əks halda vaxtı keçmiş, tərkibində konservantlar çox istifadə olunan, kimyəvi maddələrdən istifadə edilərək rəf ömrü uzadılan qida məhsulları olarsa, bir çox uşaqlarda həzm probleminə gətirib çıxara bilər", - deyə o qeyd edib.

Ekspert əlavə edib ki, eyni zamanda, onların tərkibində bəzən çərəzlər də olur və bu da alergik reaksiya yarada bilir.

"Ona görə valideyn mütləq şəkildə məhsulun tərkibi ilə bağlı ətraflı məlumatı bilib və yeni olanını uşağa təqdim etməlidir. Ən yaxşı halda, yaxşı olardı ki, uşağın sevdiyi və onun orqanizminə uyğun olan qida məhsullarından toplayaraq, özləri Yeni il qutusunu hazırlasınlar. Bu, ən təhlükəsiz hesab olunan üsuldur.

Bəzən qutuların içində oyuncaqlardan da istifadə edirlər ki, bu oyuncaqların da mənşəyə bəlli olan yerdən alınması, xüsusilə onların hazırlanmasında istifadə olunan boyaların uşaqlar üçün hər hansı bir təhlükə yaratmadığını bilmək lazımdır.

Əks halda ucuz, qablaşdırılmış, mənşəyə bəlli olmayan hədiyyə qutuları uşaqlar üçün təhlükə mənbəyi ola bilər. Bəzən bu kimi maddələrdən olan zərərlər anında öz təsirini göstərmir, müəyyən bir vaxtdan sonra hər hansı bir sağlamlıq problemlərinə gətirib çıxarır.

Yeni il qutularında istifadə olunan meyvə suları mənşəyi bəlli olan, keyfiyyətli istehsal edilən məhsul olmalıdır. Çünki uşaq orqanizmi, immun sistemi bir çox hallarda zəif olur, inkişaf prosesi getdiyinə görə qəbul etdiyi bütün qidalar onların sağlamlığında böyük rol oynayır".

Pediatr Aytən İsmayılzadə isə bildirib ki, bu qutuların içində çox vaxt istehsal tarixindən çox keçib, bitmə vaxtına az qalmış məhsullar olur.

"Belə olmasa belə, orada faydalı heç nə olmur. Yəni bir qutu içində tərkibcə eyni olan mənsullar təklif edilir. Tərkib dedikdə burada şəkər, müxtəlif dadlandırıcılar, rəngləndiricilər nəzərdə tutulur. Onlar palma yağlı, marqarinli məhsullardır ki, içərisində faydalı heç nə yoxdur".

Həkim vurğulayıb ki, Yeni il hədiyyə qutularında olan qidalar uşaların sağlamlığına ziyan vurur.

"Bu qidalar uşaqlarda allergiyanı gücləndirir, mədə-bağırsaq sistemini korlayır, orqanizmdə faydalı elementlərin yerini tutmağa çalışır. Yəni buradakı maddələr, trans yağlar faydalı yağların yerini tutmağa çalışır, beləliklə, orqanizmə zərər verir. Hansı uşaq allergikdirsə, onlarda biz qəbizlik, öskürək, burun axmasının artması, dəridə səpkilərin olması, qarında ağların artmasını görə bilərik", - deyə o əlavə edib.

17 Dekabr 2024 Bakı separatçılarla bağlı İrəvanı əməkdaşlığa dəvət etdi
17 Dekabr 2024 Pezeşkian etiraz etdi: Etniklər arasında ədavətin səbəbi...
17 Dekabr 2024 Azərbaycanda gələn ilin qeyri-iş günləri açıqlandı
17 Dekabr 2024 Azərbaycan onların daim hədəfindədir - İsmayılov
17 Dekabr 2024 Dövlət büdcəsindən Naxçıvana verilən pullar niyə azaldılır?
17 Dekabr 2024 Rusiyada spirtli içkinin hədiyyə verilməsi qadağan edilə bilər
17 Dekabr 2024 Alimlər kartofun təhlükəli xüsusiyyətlərini aşkar ediblər
17 Dekabr 2024 Salatın Əsgərova kimdir? – Əbədi olaraq 30 yaşında qalan şəhid jurnalist
17 Dekabr 2024 İmmunitet və beyin üçün - 5 faydalı çay
16 Dekabr 2024 Bakıda pişik marketdə toyuqları yedi - VİDEO
16 Dekabr 2024 Hərbi xidmətə çağırış yaşı niyə azaldılıb? – Komitə sədri
16 Dekabr 2024 Banan yeyəndən sonra bunu etməyin
16 Dekabr 2024 Akılbek Japarov vəzifəsindən azad edildi
16 Dekabr 2024 Daha 60 il itirmək istəmirik - Fəxrəddin Altun
14 Dekabr 2024 Kolerov: Ədalətli olun, onlar Bakının nəyinə lazımdır?
14 Dekabr 2024 Gülər ingilis həmkarı ilə Suriyanı müzakirə etdi
14 Dekabr 2024 Türkiyənin Suriyadakı səfirliyi açıldı - Foto
14 Dekabr 2024 Əsgərlik yaşının azaldılmasının əsl səbəbi budur
14 Dekabr 2024 Sisi Sallivanı qəbul etdi: Girov müzakirəsi...
14 Dekabr 2024 Türkiyə səfirinin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatdı
14 Dekabr 2024 Ən dadlı resept - İslaq limonlu keks
14 Dekabr 2024 Azərbaycanda 20 yaşlı gəncə 18 il həbs verildi
14 Dekabr 2024 Pol Riçard Qallaqer Azərbaycana gəldi
14 Dekabr 2024 15 gün sonra Tiflisdə ağrılı proses olacaq
14 Dekabr 2024 Blinken İraqdan xahiş etdi: İran zəifləyib, buna icazə vermə!
13 Dekabr 2024 Prezident Sarayını tərk etməyəcəyəm - Zurabişvili
13 Dekabr 2024 Xaricə gedən azərbaycanlıların sayı açıqlandı
13 Dekabr 2024 Blinken gözlənilmədən Türkiyədən İraqa getdi
13 Dekabr 2024 Bəşər Əsədin talan edilmiş malikanəsi - Video
13 Dekabr 2024 Azərbaycan Qərbə rus qazı satmır - Hacıyev