Azərbaycanın enerji sektorunda texnoloji inkişafı təşviq etməklə, beynəlxalq enerji bazarlarında daha geniş iştirak imkanı yaradan innovativ enerji layihələrinin reallaşdırılması beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıqdan irəli gəlir.

 

Hal-hazırda təbii yanacaq ehtiyatlarının azalması, enerji qiymətlərinin dəyişkən olması, dünya ölkələrinin siyasi, iqtisadi və enerji mənbələri uğrunda maraqlarının toqquşması enerji təhlükəsizliyini təmin etmək üçün dayanıqlı strategiyanın müəyyənləşdirməsini zəruri edir. Enerji təhlükəsizliyinin təmin edilməsində əhali və qeyri-əhali qruplarının enerji daşıyıcıları ilə etibarlı təminatı, enerji növlərinin şaxələndirilməsi, mövcud enerji resurslarından səmərəli istifadə edilməsi mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının tövsiyyələrinə əsaslanmaqla “Azərişıq” ASC tərəfindən enerji resurslarından səmərəli istifadə edilməsi, biznes mühitinin müxtəlif sahələrinin tənzimlənməsi çərçivəsində elektrik təchizatının təkmilləşdirilməsi ölkəmizin dayanıqlı enerji siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib.

2024-cü ilin oktyabr ayının 1-nə olan rəsmi məlumatlara əsasən, ölkədə elektrik enerjisi üzrə əhali qrupuna aid istehlakçıların sayı 2790344 nəfər, qeyri-əhali qrupuna aid istehlakçıların sayı (Naxçıvan MR istisna olmaqla) 188877 nəfər təşkil etmişdir. Əhali və qeyri-əhali qruplarına aid istehlakçıların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təmin etmək üçün "ASAN xidmət", "ASAN Kommunal", kiçik və orta biznes evlərinə və ya elektron hökumət portalı vasitəsilə müraciət edə bilərlər. “Azərişıq” ASC-də istehlakçı məmnunluğunun təmin edilməsi istiqamətində müraciət və sorğulara operativ cavab verilməsi “Vətəndaş müraciətləri haqqında”, o cümlədən “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” Qanunlar rəhbər tutulmaqla həyata keçirilir. Əsas məqsəd əhali və qeyri-əhali qruplarının müraciətlərinin operativ cavablandırılması, mübahisəli məsələlərin araşdırılması və həlli istiqamətində istehlakçı məmnununluğunun təmin edilməsindən ibarətdir. Ölkənin enerji təhlükəsizliyinin təminatının əsas vasitəsi kimi enerji resurslarından səmərəli istifadənin təmin edilməsilə enerji effektivliyinin artırılması, energetika subyektlərinin və enerji istehlakçılarının maraqları arasında balansın təmin olunması “Azərişıq” ASC-nin əsas hədəflərindəndir.

İstehlakçıların tikinti obyektlərinin qoşulduqları energetika şəbəkəsindən asılı olaraq məişət istehlakçıları üçün sayğaclar “Azərişıq” ASC-nin əməkdaşlarının iştirakı ilə sistem operatorunun vəsaiti hesabına, qeyri-məişət istehlakçıları üçün isə qeyri-məişət istehlakçısının öz vəsaiti hesabına müvafiq sistem operatoru tərəfindən təchiz edilir, quraşdırılır və dəyişdirilir. Enerji istehlakçılarının istifadə etdiyi avadanlıq və cihazların texniki tənzimləmə sahəsində texniki reqlamentlərə uyğunluğu cəmiyyətin əməkdaşları tərəfindən yoxlanılmalıdir. Əhali qrupuna aid müəyyən istehlakçılar “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmayan sertifikatlaşdırılmayan məhsul və qurğulardan istifadə edirlər ki, bu da elektrik təchizatı sahəsində qəza hallarına gətirib çıxarır. Elektrik təchizatı şəbəkələrinə qoşulma zamanı “Azərişıq” ASC-nin əməkdaşları tərəfindən, o cümlədən bu sahədə media tərəfindən maarifləndirici təbliğat işlərinin həyata keçirilməsi perspektivdə qəzaların minimal həddə enməsinə səbəb ola bilər.

04 Dekabr 2024 “Ailəm bu il çox itkilər yaşadı…” - Fotolar
04 Dekabr 2024 Makron istefa verəcəkmi? - Özü açıqladı
04 Dekabr 2024 Başçıya sui-qəsd üçün silah xaricdən alınacaqdı… - Məhkəmə
04 Dekabr 2024 İsa Məsih açıq dərili, uzun saçlı olmayıb – Yeni təsvir
04 Dekabr 2024 Səhər yeməyində bunu yeməyin, xərçəng yaradır
03 Dekabr 2024 Xalq artisti ifadə verdi: Baltanı ona görə atdım ki...
03 Dekabr 2024 Prezident sərəncamı: ASC-nin ləğvinə başlanıldı
03 Dekabr 2024 Bu ölkədə Baydenin səfərinə görə qadağalar tətbiq edildi
03 Dekabr 2024 Azərbaycan və NATO arasında mühüm müzakirə...
03 Dekabr 2024 Anasından danışarkən ağladı - Video
03 Dekabr 2024 80 milyonuncu müraciət... - Fotolar
03 Dekabr 2024 Lalə Şövkət hərəkət qabiliyyətini itirib
03 Dekabr 2024 Qərb bunu etsə, Moskva və Bakı üçün problem olacaq - Belyayev
03 Dekabr 2024 Bir evdə yolka bəzəmək neçəyə başa gəlir?
03 Dekabr 2024 Ermənistanın müdafiə naziri ABŞ-a getdi
03 Dekabr 2024 Bayden prezidentliyin nüfuzuna ziyan vurdu - Volodin
03 Dekabr 2024 DSX-dən əməliyyat: 1,7 milyonluq qaçaqmal...
03 Dekabr 2024 Arakçı Əsəddən Ankaraya mesajı çatdırıb?
03 Dekabr 2024 Kəlbəcərin, Ağdamın xatirinə qazsız yaşamağa dözmək olar
03 Dekabr 2024 Əli Əsədovdan ali təhsillə bağlı qərar
03 Dekabr 2024 ABŞ-ın Azərbaycandakı səfiri istefa verdi
03 Dekabr 2024 450 manat maaş alır, mənə yaxınlaşıb deyir ki… - Deputat
03 Dekabr 2024 Bakıda saxta yumurta satılır
03 Dekabr 2024 Yaxın zamanda Putinlə görüşəcəyəm - Pezeşkian
03 Dekabr 2024 DTX şok faktı açdı: Terrorçular Azərbaycan üzərindən Avropaya…
02 Dekabr 2024 Siyarto Rusiyaya səfər etdi
02 Dekabr 2024 Müğənni Kərimin ölkədən çıxışına qadağa qoyuldu
02 Dekabr 2024 Heç bir danışıq olmayacaq - Kobaxidze
02 Dekabr 2024 Bu kafenin fəaliyyəti məhdudlaşdırıldı, cərimə yazıldı
02 Dekabr 2024 Qüvvədən düşən COP29 zolaqları... - Siyahı