ABŞ Prezidenti Co Baydenin oğlu Hanteri əfv etmək qərarı ABŞ prezidentliyinin nüfuzuna böyük ziyan vurub.
Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Teleqram kanalında yazıb.
“Bu nüfuzu təkcə öz vətəndaşlarının deyil, bütün dünya ictimaiyyətinin gözü qarşısında bərpa etmək üçün onilliklər lazım olacaq. Başqa ölkədə çətin ki, səlahiyyət müddəti başa çatan prezident bir neçə cinayət, o cümlədən ağır cinayətlər törətməkdə təqsirləndirilən oğlunun tam əfv edilməsi haqqında fərman versin. Yeri gəlmişkən, Bayden bundan əvvəl dəfələrlə belə bir addım atmayacağını və ədalətə mane olmayacağını bildirib”, - o bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden qanunsuz silah saxlama və vergidən yayınmada ittiham olunan oğlu Hanteri əfv etmişdi.