Azərbaycanda terror aktı planlaşdırdığına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Cinayət Məcəlləsinin 28, 214.2.1 və 28, 214.2.3-cü maddələri ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrum edilmiş Əfqanıstan vətəndaşı Favzan Musa Xan və vəkili yuxarı instansiya məhkəməsinə apellyasiya şikayəti verib.

 

Axar.az xəbər verir ki, 1990-cı il təvəllüdlü Favzan Musa Xan (Fawzan Mosa Khan) digər şəxslərlə əlbir olaraq Azərbaycan ərazisində terror aktı törətməyi planlaşdırıb, bu məqsədlə üçüncü ölkədən Azərbaycana gəlib, digər bir dövlətin ölkəmizdəki səfirliyinin binası ətrafında müşahidə aparıb, terror aktında iştirak edə biləcək şəxslərin müəyyən edilərək bu fəaliyyətə cəlb olunması, odlu silah və partlayıcı maddələrin əldə edilməsi, bu məqsədlərlə maliyyə dəstəyinin qəbul edilməsi üçün digər şəxslərlə əlaqəyə girərək sövdələşib.

Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Favzan Musa Xanın terror aktı planlaşdırılması ilə bağlı danışıqlarının əks olunduğu video yaymışdı və daha əvvəl yayılmış məlumatlarda ekspertlər videoda əks olunan ərazidə bir neçə səfirliyin yerləşdiyini qeyd edirdi.

Apellyasiya instansiyasına üz tutan Favzan Musa Xan və vəkili araşdırmalar zamanı onun özünü səmimi apardığını iddia edərək, cəzasının qismən yüngülləşdirilməsi üçün müraciət edib.

Məhkəmə baxışında olmuş materiallardan görünür ki, Favzan Musa Xan beynəlxalq ictimaiyyət tərəfindən terror təşkilatı kimi tanınan, bir neçə ölkə ərazisində fəaliyyət göstərən qanunsuz silahlı birləşmənin konkret üzvləri ilə əlaqədə olub.

Qeyd olunan cinayət işi üzrə terror təşkilatı üzvlərinin təşkilata bağlı xeyli sayda əcnəbi miqrantın Azərbaycandan tranzit olaraq istifadə edib Avropa ölkələrinə qanunsuz gizli yolla keçməsini təşkil etməyə cəhd etmələri müəyyən edilmişdir. Bu faktla bağlı DTX-də cinayət işi ayrılıb və həmin iş üzrə barələrində cinayət təqibi başladılanlar var.

04 Dekabr 2024 “Ailəm bu il çox itkilər yaşadı…” - Fotolar
04 Dekabr 2024 Makron istefa verəcəkmi? - Özü açıqladı
04 Dekabr 2024 Başçıya sui-qəsd üçün silah xaricdən alınacaqdı… - Məhkəmə
04 Dekabr 2024 İsa Məsih açıq dərili, uzun saçlı olmayıb – Yeni təsvir
04 Dekabr 2024 Səhər yeməyində bunu yeməyin, xərçəng yaradır
03 Dekabr 2024 Xalq artisti ifadə verdi: Baltanı ona görə atdım ki...
03 Dekabr 2024 Prezident sərəncamı: ASC-nin ləğvinə başlanıldı
03 Dekabr 2024 Bu ölkədə Baydenin səfərinə görə qadağalar tətbiq edildi
03 Dekabr 2024 Azərbaycan və NATO arasında mühüm müzakirə...
03 Dekabr 2024 Anasından danışarkən ağladı - Video
03 Dekabr 2024 80 milyonuncu müraciət... - Fotolar
03 Dekabr 2024 Lalə Şövkət hərəkət qabiliyyətini itirib
03 Dekabr 2024 Əhali və qeyri-əhali qrupların enerji istehlakının əsas göstəriciləri...
03 Dekabr 2024 Qərb bunu etsə, Moskva və Bakı üçün problem olacaq - Belyayev
03 Dekabr 2024 Bir evdə yolka bəzəmək neçəyə başa gəlir?
03 Dekabr 2024 Ermənistanın müdafiə naziri ABŞ-a getdi
03 Dekabr 2024 Bayden prezidentliyin nüfuzuna ziyan vurdu - Volodin
03 Dekabr 2024 DSX-dən əməliyyat: 1,7 milyonluq qaçaqmal...
03 Dekabr 2024 Arakçı Əsəddən Ankaraya mesajı çatdırıb?
03 Dekabr 2024 Kəlbəcərin, Ağdamın xatirinə qazsız yaşamağa dözmək olar
03 Dekabr 2024 Əli Əsədovdan ali təhsillə bağlı qərar
03 Dekabr 2024 ABŞ-ın Azərbaycandakı səfiri istefa verdi
03 Dekabr 2024 450 manat maaş alır, mənə yaxınlaşıb deyir ki… - Deputat
03 Dekabr 2024 Bakıda saxta yumurta satılır
03 Dekabr 2024 Yaxın zamanda Putinlə görüşəcəyəm - Pezeşkian
02 Dekabr 2024 Siyarto Rusiyaya səfər etdi
02 Dekabr 2024 Müğənni Kərimin ölkədən çıxışına qadağa qoyuldu
02 Dekabr 2024 Heç bir danışıq olmayacaq - Kobaxidze
02 Dekabr 2024 Bu kafenin fəaliyyəti məhdudlaşdırıldı, cərimə yazıldı
02 Dekabr 2024 Qüvvədən düşən COP29 zolaqları... - Siyahı