“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun 14-1.1-ci maddəsinə əsasən bioloji aktiv qida məhsullarının (BAQM) reseptə yazılması qadağan olunub. Həmçinin, həmin Qanunun 14-1.3-cü maddəsinə əsasən, bioloji aktiv qida məhsullarının üzərində və istifadə təlimatlarında (içlik vərəqlərində) əmtəə nişanı adının yazıldığı hər yerdə əmtəə nişanı adının altında onunla eyni ölçüdə və şriftdə olan ağ fonda qara rəngli aydın, seçilən, qalın və böyük hərflərlə, silinməsi mümkün olmayan tərzdə çap olunmuşan “DƏRMAN VASİTƏSİ DEYİLDİR!” sözlərinin yazılması məcburi xarakter daşıyır.

 

Axar.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, yuxarıda bildirilən sahədə qanunvericiliyin tələblərinə riayət olunmasına və neqativ hallara səbəb ola biləcək amillərin aradan qaldırılması məqsədilə özəl tibb müəssisələrində resept yazmaq hüququna malik tibb işçiləri tərəfindən buraxılan reseptlərdə bioloji aktiv qida məhsullarının yazılmasının qarşısının alınması üçün Analitik Ekspertiza Mərkəzinin səlahiyyətləri çərçivəsində maarifləndirici, preventiv və qanunvericiliklə müəyyən olunmuş inzibati tədbirlərin görülməsi nəzərdə tutulur.

Nəzərinizə çatdırırıq ki, elektron resept sisteminə keçid ilə əlaqədar özəl tibb müəssisələrində və aptek təşkilatlarında plan üzrə və plandankənar yoxlamaların aparılması zamanı həmin müəssisələrdə resept yazmaq hüququna malik tibb işçiləri tərəfindən yazılan reseptlərdə bioloji aktiv qida məhsullarının yazılması, həmçinin belə reseptlər əsasında BAQM satışı hallarının aşkar edilməsi üçün nəzarət gücləndiriləcək.

20 Sentyabr 2024 COVİD-ə yoluxma kəskin artdı: Azərbaycanı nə gözləyir?
20 Sentyabr 2024 Gülərdən Azərbaycanla bağlı açıqlama
18 Sentyabr 2024 Azərbaycanda qəzet rəhbəri həbs olundu
18 Sentyabr 2024 Xüsusi siniflər üzrə şagird sıxlığı normaları müəyyənləşdi
18 Sentyabr 2024 Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır
17 Sentyabr 2024 Avtobuslara hücum edən sahibkar saxlanıldı
17 Sentyabr 2024 Bakı metrosu yeraltı sulardan bu məqsədlə istifadə edəcək
17 Sentyabr 2024 Bakıda növbəti təhlükəsizlik forumu keçirildi
17 Sentyabr 2024 Masazırda işıq olmayacaq
16 Sentyabr 2024 Yeni dərs ilinin başlaması gül mağazalarında canlanma yaradıb VİDEO
16 Sentyabr 2024 Bu gündən yeni dərs ili başlayır
16 Sentyabr 2024 Bu gün 10:00-dan 17 sentyabra kimi… - Xəbərdarlıq
14 Sentyabr 2024 Daha bir məntəqədə seçki nəticələri ləğv edildi
14 Sentyabr 2024 Gömrükdə bəyan edilməyən dərmanlar aşkarlandı
14 Sentyabr 2024 Azərbaycana bu ölkələrdən gələn turistlərin sayı artdı
14 Sentyabr 2024 Yeni tədris ili başlayır: DYP-dən daha bir müraciət
14 Sentyabr 2024 Təhsil krediti üçün müraciət edən tələbələrin sayı açıqlandı
13 Sentyabr 2024 Azərbaycanda evlənənlərin sayı azaldı
13 Sentyabr 2024 Metronun bu istiqamətində yalnız yeni qatarlar işləyəcək
13 Sentyabr 2024 Bu məntəqədə qanun pozuntuları aşkarlandı
13 Sentyabr 2024 Metronun bu stansiyası təmirə bağlanır
13 Sentyabr 2024 Bakı metrosu bu saata kimi işləyəcək
12 Sentyabr 2024 Telman İsmayılovun işində daha bir qətlin üstü açıldı
12 Sentyabr 2024 Bu tarixdə ilin 2-ci Ay tutulması olacaq
11 Sentyabr 2024 Dövlət orqanlarına qarşı qalmaqallı kibercinayətin şok detalları
10 Sentyabr 2024 Azərbaycanda bu məşhur veriliş bağlandı
09 Sentyabr 2024 Son günlər əhali arasında yayılan virus NƏDİR? VİDEO
09 Sentyabr 2024 Geomaqnit qasırğası ilə bağlı xəbərdarlıq: Bu tarixədək...
06 Sentyabr 2024 Ölkədə körpə ölümlərinin sayı niyə artdı? - Video
02 Sentyabr 2024 Azərbaycana Çindən saxta məktəbli formaları gətirilir