İsrail Livanın paytaxtı Beyruta zərbə endirmək planı barədə əvvəlcədən ABŞ-a məlumat verməyib.
Axar.az xəbər verir ki bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji əlaqələr üzrə koordinatoru Con Kirbi deyib.
“Bu zərbələrlə bağlı hər hansı xəbərdarlıqların olub-olmaması mənə məlum deyil”, - deyə o bildirib.
Qeyd edək ki, İsrail qüvvələrinin Beyrut ətrafına zərbəsi nəticəsində 3 nəfər ölüb, 17-i yaralanıb. Ölənlər arasında Hizbullah komandirlərindən biri İbrahim Aqil də var.