Bu gün, eyni zamanda, Qarabağ Universitetinin açılışıdır.

Bu açılış istənilən gündə ola bilərdi. Amma hesab etdim ki, 20 sentyabrda olsa, daha düzgün olar. Çünki bu, artıq şanlı tariximizdir.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Qarabağ Universitetində tələbələrlə görüşü zamanı deyib.

"Hesab edirəm ki, Qarabağ Universitetinin yaradılması tarixi hadisədir və keçən ilin noyabrında müvafiq Sərəncam imzalandı. Sonra mən buraya baş çəkdim. Artıq mənim buraya üçüncü gəlişimdir və bütün göstərişlər verildi, Elm və Təhsil Nazirliyi tezliklə bütün lazımi tədbirləri gördü. Demək olar ki, bina yenidən quruldu. Bu bina sovet dövründə Azərbaycan memarları, inşaatçıları tərəfindən inşa edilmişdi. İşğal dövründə bunu erməniləşdirmək üçün müəyyən işlər görülmüşdü. O əlamətlər də tamamilə silindi. Binanın önü açıldı, gözəl bir park yaradıldı. Master-plan hazırlandı, yəni gələcək illərdə, yəqin ki, növbəti üç ildə yeni tədris korpusları inşa ediləcək. Gözəl yataqxana yaradıldı, bu gün tanış olmuşam. Ən önəmlisi gənclər, yəni tələbələr buraya böyük həvəslə gəlməyə başladılar. İndi mənə məlumat verildi ki, 1200 tələbə var. Ölkəmizin hər bir bölgəsindən tələbə var. Yüksək bal toplayan, o cümlədən 600-dən çox bal toplayan tələbələr bizimlə görüşdə iştirak edirlər və buraya böyük həvəslə gəlmişlər. Müəllim heyəti də formalaşdı. Bilirəm ki, müəllimlər də böyük həvəslə bu işə başlayırlar və ümid edirəm ki, Qarabağ Universiteti bizim aparıcı ali məktəblərdən birinə çevriləcəkdir. Bunu etmək üçün bütün imkanlar var. İndi verilən məlumata görə, artıq altı fakültə yaradılıb. Növbəti illərdə Tibb fakültəsi də yaradılacaq. Xocalıda Aqrar elmlər fakültəsi, Şuşada Turizm fakültəsi fəaliyyət göstərəcək. Yəni, bu, bir neçə şəhəri birləşdirən universitet olacaq. Əlbəttə ki, Qarabağa qayıdacaq keçmiş köçkünlər, onların uşaqları burada oxuyacaq və ölkəmizin hər bir yerindən gənclər buraya gələcəklər", - Prezident bildirib.

08 Noyabr 2024 Robotun çəkdiyi şəkil fantastik qiymətə satıldı
08 Noyabr 2024 Azərbaycan XİN-dən Fransaya çağırış
08 Noyabr 2024 Cavan getmişdik, qoca qayıtdıq... - Video
08 Noyabr 2024 Husilər hipersəs raketi ilə İsrail bazasını vurdu
08 Noyabr 2024 Rusiya və Ukrayna ombudsmanları görüşdü
08 Noyabr 2024 Bilirlər ki, mənim sözümə diqqət yetirmək lazımdır - Əliyev
08 Noyabr 2024 COP29 gec yekunlaşa bilər - Anar Ələkbərov
08 Noyabr 2024 Hər an yeni təxribata hazır olmalıyıq - Prezident
08 Noyabr 2024 Maduro Putini Ronaldo ilə müqayisə etdi
08 Noyabr 2024 COP29 Məlumat Mərkəzləri fəaliyyətə başladı - Foto
08 Noyabr 2024 Mirziyayevdən Əliyevə: Bundan qürur duydum
08 Noyabr 2024 Bayrağımız "Ginnesin rekordlar kitabı"na düşdü - Foto
08 Noyabr 2024 Amerikada göyərçin dronlar yaradıldı
08 Noyabr 2024 Ermənistanı yeni müharibəyə təhrik edirlər - Prezident
08 Noyabr 2024 Bayden oğlunu bağışlamayacaq - Ağ Ev
08 Noyabr 2024 Ermənistandan “sülh göyərçini” düzəltmək istəyirlər
08 Noyabr 2024 Şuşa şəhərinin işğaldan azad olunmasından 4 il ötür
08 Noyabr 2024 Uca Tanrı Azərbaycanımızı daim qorusun - Əliyeva
08 Noyabr 2024 Barış Mançonu o, canlandıracaq - FOTO
08 Noyabr 2024 "Qurdlar vadisi"nin aktyoru Azərbaycana köçdü
08 Noyabr 2024 Tramp seçki rekordu qırdı: Reyqan və Buşu geridə qoydu
08 Noyabr 2024 İshaq Hersoq Bakıya 3 nazir, 100 nümayəndə ilə gəlir
08 Noyabr 2024 İlham Əliyevdən Şuşa ilə bağlı paylaşım - Video
07 Noyabr 2024 Ermənilərə xəbərdarlıq: Tramp Əliyev və Ərdoğana görə...
07 Noyabr 2024 Tarixdə ən isti il olacaq - Həyacan təbili
07 Noyabr 2024 AB sabah Gürcüstanı müzakirə edəcək
07 Noyabr 2024 Bakı ilə sazişi oxumamışam, amma dəstəkləyirəm - Qalyan
07 Noyabr 2024 Bu, birbaşa təhdiddir: Trampla danışacam
07 Noyabr 2024 Hər gün oğul atasını, ər arvadını öldürür: TV aparıcıları da...
07 Noyabr 2024 Bu şəxslərə şəhid adı vermək olmaz