Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə 50-yə yaxın ölkənin xüsusi xidmət orqanlarının nümayəndələrinin iştirak etdiyi “Qlobal nəqliyyat şəbəkələrinin təhlükəsizliyinə yönələn müasir çağırışlar” mövzusunda II Bakı Təhlükəsizlik Forumu keçirilib.

 

Bu barədə Axar.az-a DTX-dən məlumat verilib.

Bildirilib ki, tədbirdə Prezident İlham Əliyevin forumun iştirakçılarına müraciəti səsləndirilib, konfransın mövzusunu əhatə edən videomaterial təqdim olunub.

Tədbirdə çıxış edən DTX-nin rəisi general-polkovnik Əli Nağıyev qonaqları salamladıqdan sonra ötən ilin may ayında keçirilmiş və bu il yenidən təşkil olunan Bakı Təhlükəsizlik Forumunun tərəfdaş qurumlar arasında məlumat mübadiləsinin və qarşılıqlı əlaqənin digər sahələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Xidmət rəisi Əli Nağıyev həmçinin beynəlxalq terrorçuluqla və bütövlükdə təhlükəsizlik sisteminə təhdid hesab olunan hallarla mübarizədə xüsusi xidmət orqanlarının fəaliyyətinin koordinasiyalı şəkildə təmin edilməsinin vacibliyini qeyd etməklə, tədbirin ümumi maraq kəsb edən məsələlər ətrafında ölkələrin təhlükəsizlik strukturlarının müzakirə aparmaları üçün önəmli platforma olduğunu nəzərə çatdırıb.

Xidmət rəisi builki forumun COP29 ərəfəsində keçirilməsinin təsadüfi olmadığına diqqət çəkərək, enerji resurslarının daşınmasında istifadə olunan nəqliyyat xətlərini hədəf alan terror-təxribat aktlarının qlobal xarakterli iqtisadi və ekoloji fəlakətlərə səbəb ola biləcəyindən və bu xüsusda birgə səylərin daha da gücləndirilməsinin və ümumi fəaliyyətin səmərəliliyinin artırılmasının zəruriliyindən danışıb.

General-polkovnik Əli Nağıyev dövlətimizin başçısı İlham Əliyevin beynəlxalq aləmdə aktual olan məsələlərə dair tədbirlərin respublikamızda təşkil olunmasına davamlı siyasi dəstək verdiyini vurğulayaraq, bu konfransın qlobal nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin üzləşdiyi risklərlə mübarizədə ortaq yanaşmaların formalaşdırılmasına və fəaliyyət strategiyasının təkmilləşdirilməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Daha sonra tədbir xarici xüsusi xidmət orqanlarının nümayəndə heyəti rəhbərlərinin mövzu ilə əlaqədar çıxışları ilə öz işini davam etdirib, sonda Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakı Təhlükəsizlik Forumunun Bakıda daimi əsasda fəaliyyət göstərəcək Katibliyinin yaradılmasının iştirakçı ölkələr tərəfindən yekdilliklə dəstəkləndiyi bildirilib.

07 Noyabr 2024 Kursu bitirən hərbiçilərimiz mükafatlandırıldı - Video
07 Noyabr 2024 Sabah leysan olacaq
06 Noyabr 2024 Bakının bu rayonunda 1 saat işıq olmayacaq
05 Noyabr 2024 Rusiya İsrailin bu addımını kəskin qınadı
05 Noyabr 2024 İrəvan Kremldən imtina edir: Bakı ilə birbaşa… - Erməni nazir
05 Noyabr 2024 Zəfər Günü münasibəti ilə atəşfəşanlıq olacaq
05 Noyabr 2024 Sürücülərin imtahanı: 3 nəfər başqasının yerinə girmək istədi
05 Noyabr 2024 Bakıda yağış, Şahdağda isə qar yağır - Faktiki hava
05 Noyabr 2024 Talış və Suqovuşandan yeni – Video
05 Noyabr 2024 Bakıda aksiz markasız siqaretlər satılır - Rəsmi açıqlama
05 Noyabr 2024 Müəllimlərə təhsil kartları verilir - Güzəştlər olacaq
28 Oktyabr 2024 Bərdə terrorundan 4 il ötür
26 Oktyabr 2024 Yollarda hərəkət istiqaməti dəyişdirildi - Sürücülərə müraciət
26 Oktyabr 2024 Axşam leysan yağacaq
26 Oktyabr 2024 COP29-un nəqliyyat icarəsi üzrə məsul tərəfdaşı...
26 Oktyabr 2024 İstirahət günü hava necə olacaq?
26 Oktyabr 2024 Gürcüstanda qutuya topa bülleten atıldı - Video
25 Oktyabr 2024 Bəzi dərmanlar ƏDV-dən azad olunur - DVX
25 Oktyabr 2024 Növbəti demarkasiya hansı ərazilərdə olacaq?
25 Oktyabr 2024 Sabah yağış və qar yağacaq
25 Oktyabr 2024 Bakıda bu dönərxana bağlandı
25 Oktyabr 2024 ABŞ Rusiyanı Bakı vasitəsilə necə xilas etdi? - Foto
24 Oktyabr 2024 Sumqayıtın bu ərazilərində 2 saat işıq olmayacaq
24 Oktyabr 2024 AYNA-dan "Bakıkart"la bağlı xəbərdarlıq
24 Oktyabr 2024 Bakıya leysan yağacaq, temperatur 6 dərəcə düşəcək
23 Oktyabr 2024 COP29-la bağlı nəqliyyatın hərəkəti dəyişdirilir
23 Oktyabr 2024 Bakı metrosu gücləndirilmiş rejimə keçir
23 Oktyabr 2024 Bu ay ən çox yağıntı hansı əraziyə düşüb?
22 Oktyabr 2024 Faktiki hava: Bu ərazilərdə yağış kəsdi
22 Oktyabr 2024 Azərbaycanda leysan gözlənilir - Xəbərdarlıq