Bu gündən Azərbaycanda yeni dərs ili başlayır.

 

Axar.az xəbər verir ki, yeni tədris ilində ölkə üzrə I siniflərə 132 min 261, məktəbəhazırlıq qruplarına isə 89 min uşaq qəbul olunub.

Bu gündən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə 513 min 698 şagird təhsil alacaq. Bu məktəblərin I sinfində 46 min 98, IX sinfində 44 min 233, X sinfində 35 min 757, XI sinfində 32 min 260, XII sinfində 156 şagird təhsil alacaq.

BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə 45 min 201 uşaq, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına isə 29 min 216 beşyaşlı cəlb olunub.

2024-2025-ci tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində 29 min 400 müəllim, məktəbəqədər təhsil müəssisələrində isə 4 830 tərbiyəçi-müəllim çalışacaq.

Qeyd edək ki, BŞTİ-nin tabeliyində 698 təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan 342-si məktəbəqədər təhsil müəssisəsi, 327-si ümumi təhsil, 3-ü xüsusi tipli ümumi orta məktəb, 5-i əyani-qiyabi axşam məktəbi, 12-si internat tipli müəssisə, 9-u isə məktəbdənkənar müəssisədir.

Ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchizi gənc nəslin daha bilikli yetişməsinə hesablanıb. Həmçinin işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində təhsil müəssisələrinin tikintisi və təmiri davam edir.

Yeni tədris ilində Şuşa, Xankəndi və Xocalıda tədrisin bərpası planlaşdırılır.

Cari ildə Bərdə rayonu Nazim Hüseynov adına Alpoud kənd tam orta məktəbinin, Qubada Çingiz Mürsəlov adına Vəlvələ kənd tam orta məktəbinin, Ucarda Əziz Əliyev adına Qazyan kənd 2 nömrəli tam orta məktəbinin, Masallı rayonunda Qəzvinoba kənd ümumi orta məktəbinin yeni binalarının açılışları olub.

Qeyd edək ki, ölkəmizdə təhsilin inkişafında, onun maddi-texniki bazasının möhkəmlənməsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri var. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramları və digər layihələri bu sahənin inkişafında mühüm rol oynayıb.

20 Sentyabr 2024 COVİD-ə yoluxma kəskin artdı: Azərbaycanı nə gözləyir?
20 Sentyabr 2024 Gülərdən Azərbaycanla bağlı açıqlama
19 Sentyabr 2024 Nazirlikdən özəl tibb müəssisələrinə xəbərdarlıq
18 Sentyabr 2024 Azərbaycanda qəzet rəhbəri həbs olundu
18 Sentyabr 2024 Xüsusi siniflər üzrə şagird sıxlığı normaları müəyyənləşdi
18 Sentyabr 2024 Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır
17 Sentyabr 2024 Avtobuslara hücum edən sahibkar saxlanıldı
17 Sentyabr 2024 Bakı metrosu yeraltı sulardan bu məqsədlə istifadə edəcək
17 Sentyabr 2024 Bakıda növbəti təhlükəsizlik forumu keçirildi
17 Sentyabr 2024 Masazırda işıq olmayacaq
16 Sentyabr 2024 Yeni dərs ilinin başlaması gül mağazalarında canlanma yaradıb VİDEO
16 Sentyabr 2024 Bu gün 10:00-dan 17 sentyabra kimi… - Xəbərdarlıq
14 Sentyabr 2024 Daha bir məntəqədə seçki nəticələri ləğv edildi
14 Sentyabr 2024 Gömrükdə bəyan edilməyən dərmanlar aşkarlandı
14 Sentyabr 2024 Azərbaycana bu ölkələrdən gələn turistlərin sayı artdı
14 Sentyabr 2024 Yeni tədris ili başlayır: DYP-dən daha bir müraciət
14 Sentyabr 2024 Təhsil krediti üçün müraciət edən tələbələrin sayı açıqlandı
13 Sentyabr 2024 Azərbaycanda evlənənlərin sayı azaldı
13 Sentyabr 2024 Metronun bu istiqamətində yalnız yeni qatarlar işləyəcək
13 Sentyabr 2024 Bu məntəqədə qanun pozuntuları aşkarlandı
13 Sentyabr 2024 Metronun bu stansiyası təmirə bağlanır
13 Sentyabr 2024 Bakı metrosu bu saata kimi işləyəcək
12 Sentyabr 2024 Telman İsmayılovun işində daha bir qətlin üstü açıldı
12 Sentyabr 2024 Bu tarixdə ilin 2-ci Ay tutulması olacaq
11 Sentyabr 2024 Dövlət orqanlarına qarşı qalmaqallı kibercinayətin şok detalları
10 Sentyabr 2024 Azərbaycanda bu məşhur veriliş bağlandı
09 Sentyabr 2024 Son günlər əhali arasında yayılan virus NƏDİR? VİDEO
09 Sentyabr 2024 Geomaqnit qasırğası ilə bağlı xəbərdarlıq: Bu tarixədək...
06 Sentyabr 2024 Ölkədə körpə ölümlərinin sayı niyə artdı? - Video
02 Sentyabr 2024 Azərbaycana Çindən saxta məktəbli formaları gətirilir