bakteriya-askarlanan-dondurmalarla-bagli-daha-bir

Xəbər verdiyimiz kimi, Bakı və regionlarda ticarət şəbəkələrində satışda olan dondurmaların keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ sənədlərin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş monitorinqlər zamanı uyğunsuzluqlar aşkarlanıb.

Agentlikdən “Qafqazinfo”ya verilən məlumata görə, ölkə ərazisində fəaliyyət göstərən dondurma emalı müəssisələri tərəfindən istehsal olunmuş məhsullardan götürülmüş nümunələrin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinəsi nəticəsində 4 istehsalçıya məxsus 10 məhsul partiyasında insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriya (Enterobacteriaceae) aşkarlanıb.

Uyğunsuzluq aşkarlanan dondurma məhsulu partiyaları aşağıdakılardır:

Qeyd edək ki, Enterobacteriaceae ailəsinə mənsub olan bakteriyaların bir çoxu patogen xüsusiyyətli olub, insanlarda salmonelyoz, dizenteriya, kolit və mədə-bağırsaq pozğunluqları ilə müşayiət olunan digər qida mənşəli zəhərlənmələrə səbəb olur. Bu bakteriyalarla yoluxma insanlarda həmçinin tənəffüs və sidik yollarının iltihabı ilə nəticələnən proseslərə yol açır ki, bu zaman xəstə insanlarda hərarətin yüksəlməsi, halsızlıq, baş ağrıları və bu kimi digər əlamətlər müşahidə edilə bilər. Odur ki, Enterobacteriaceae bakteriyaları ilə sirayətlənmiş dondurma məhsullarının istehlakı insan sağlamlığı üçün təhlükəli hesab olunur.

AQTA sınaq nəticələri uyğunsuz olan istehsalçı müəssisələrdə plandankənar yoxlamalar keçirir, təhlükəli məhsullar ticarət şəbəkələrindən geri çağırılır və qanunvericiliyə uyğun tədbirlər görülür. Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində uyğunsuzluqlar aşkarlanmış məhsullarla bağlı məlumatlar Agentliyin saytında təhlükəli məhsulların reyestrinə daxil edilib: https://afsa.gov.az/az/qida-zencirine-nezaret/tehlukeli-mehsullarin-reyestri Vətəndaşlardan ticarət şəbəkələrində bu məhsullarla rastlaşdıqda, Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.
27 Sentyabr 2024 Azərbaycanda Anım Günüdür
23 Sentyabr 2024 Azərbaycanda 13 min abonentin qazı kəsiləcək
23 Sentyabr 2024 Yeni dələduzluq: Ev telefonlarına zəng edib... - Video
23 Sentyabr 2024 Bakı metrosunda qatarda nasazlıq: sərnişinlər düşürüldü
20 Sentyabr 2024 COVİD-ə yoluxma kəskin artdı: Azərbaycanı nə gözləyir?
20 Sentyabr 2024 Gülərdən Azərbaycanla bağlı açıqlama
19 Sentyabr 2024 Nazirlikdən özəl tibb müəssisələrinə xəbərdarlıq
18 Sentyabr 2024 Azərbaycanda qəzet rəhbəri həbs olundu
18 Sentyabr 2024 Xüsusi siniflər üzrə şagird sıxlığı normaları müəyyənləşdi
18 Sentyabr 2024 Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır
17 Sentyabr 2024 Avtobuslara hücum edən sahibkar saxlanıldı
17 Sentyabr 2024 Bakı metrosu yeraltı sulardan bu məqsədlə istifadə edəcək
17 Sentyabr 2024 Bakıda növbəti təhlükəsizlik forumu keçirildi
17 Sentyabr 2024 Masazırda işıq olmayacaq
16 Sentyabr 2024 Yeni dərs ilinin başlaması gül mağazalarında canlanma yaradıb VİDEO
16 Sentyabr 2024 Bu gündən yeni dərs ili başlayır
16 Sentyabr 2024 Bu gün 10:00-dan 17 sentyabra kimi… - Xəbərdarlıq
14 Sentyabr 2024 Daha bir məntəqədə seçki nəticələri ləğv edildi
14 Sentyabr 2024 Gömrükdə bəyan edilməyən dərmanlar aşkarlandı
14 Sentyabr 2024 Azərbaycana bu ölkələrdən gələn turistlərin sayı artdı
14 Sentyabr 2024 Yeni tədris ili başlayır: DYP-dən daha bir müraciət
14 Sentyabr 2024 Təhsil krediti üçün müraciət edən tələbələrin sayı açıqlandı
13 Sentyabr 2024 Azərbaycanda evlənənlərin sayı azaldı
13 Sentyabr 2024 Metronun bu istiqamətində yalnız yeni qatarlar işləyəcək
13 Sentyabr 2024 Bu məntəqədə qanun pozuntuları aşkarlandı
13 Sentyabr 2024 Metronun bu stansiyası təmirə bağlanır
13 Sentyabr 2024 Bakı metrosu bu saata kimi işləyəcək
12 Sentyabr 2024 Telman İsmayılovun işində daha bir qətlin üstü açıldı
12 Sentyabr 2024 Bu tarixdə ilin 2-ci Ay tutulması olacaq
11 Sentyabr 2024 Dövlət orqanlarına qarşı qalmaqallı kibercinayətin şok detalları