27 Sentyabrda – sübh çağı, səhər tezdən, 06:00-da Azərbaycan xalqının illərlə, onillərlə deyil, az qala 100 il gözlədiyi Əmr verildi;

 

27 Sentyabrda – 1920-ci il 28 apreldə işğal edilən cümhuriyyətdən üzü bəri parçalanan, ərazisində yaradılan erməni dövlətinə əlavə 20 min kv.km hədiyyə edilən, daxilində isə 4 min kv.km-da daha bir erməni muxtar qurumu ilə bağrına bıçaq sancılan və başının altına mina qoyulan Azərbaycanın katarsisi başladı!

27 Sentyabrda Ali Baş Komandan İlham Əliyev 400 minlik Ordunun, Prezident İlham Əliyev isə 10 milyonluq Dövlətin, 50 milyonluq Xalqın arzusunu dilə gətirdi: Əks-hücum başladı!

Əks-hücuma keçən yalnız Ordu deyildi – 10 milyonluq Azərbaycan, 50 milyonluq Azərbaycan xalqı da deyildi; bu hücumda bilirsinizmi kimlər vardı:

- Cavad xandan, Hüseynqulu xandan Nuru Paşaya qədər, minlərlə adlı-adsız, bu xalqın taleyindən narahat ruhlar vardı;

- Əhməd bəy Ağaoğlu vardı, Əli bəy Hüseynzadə vardı, Rəsulzadə, Xan Xoyski, Müşfiq, Cavid Əfəndi, 37-də qətlə yetirilənlər, 1933-dən 1988-ə qədər 4 dəfə deport olunub, yurd həsrətilə ölənlər vardı;

- 90-larda öz yurd-yuvalarından qətl-qarətlə didərgin salınan, bu dərdə dözməyib ölən, qisasın qiyamətə qaldığını sanıb bağrı çatlayan çarəsizlərin naləsi vardı...

Rusiyanın 3 ilə yaxındır özündən qat-qat kiçik bir ölkədə bataqlığa düşməsindən sonra bir daha Azərbaycanın 44 günə bu boyda zəfəri necə qazana bildiyi haqda təəccüb yaşanır.

Ukraynaya çoxsaylı silahmı verirlər? – Ermənistana da verirdilər; Rusiyadan, Fransadan silah-sursat daşınırdı, İran ümumiyyətlə dayanmırdı – həm İrəvana göndərilən silahların keçidinə şərait yaradırdı, həm də Ordumuzun önünə çıxıb, guya “sərhəd pozuntusu” bəhanəsi ilə hücumu ləngidirdi;

Ukraynaya siyasi-maddi dəstəkmi verirlər? – Ermənistana da verilirdi: az qala bütün dünya rəsmi Bakıya hücumu dayandırması üçün təzyiq edirdi.

Ancaq situasiya fərqliydi: Azərbaycan öz torpağı üçün savaşırdı, öz yurdunu azad etməyə başlamışdı və heç bir beynəlxalq qanunu pozmurdu. Digər tərəfdən, bu müharibə ümumxalq savaşıydı – Rusiya kimi miqrantlar oğurlanıb, cəbhəyə göndərilmirdi, “Vaqner” yox idi, savaşdan qaçanları geri qaytarmaq üçün “ordu” ayrılmamışdı.

Əksinə, bu xalqın gəncləri müharibəyə getmək üçün hərbi komissarlıqların qapılarında yatırdı, bəzən dava salırdı: qısa müddətdə onminlərlə gənc könüllü toplanmışdı və orduya çağırılmadığına görə asi düşənlərin sayı-hesabı yox idi;

Hər yerdən Ermənistana yardım gəlirdi – maddi, hərbi, hətta pulla tutulmuş muzdlu...

Azərbaycana heç bir yerdən maddi yardım gəlmirdi – amma hər şey saat kimi çalışırdı.

Çünki Dövlət var, Güc var, Dövlətin Lideri var!

Çünki xalq özü vuruşurdu – malıyla, varıyla, canıyla... Əsgər maşınları üçün yola çıxanlar, olan-olmazını verənləri görəndə göz yaşlarına boğulmamaq mümkün deyildi!

Xalq 100 illik qisasını püskürürdü; Xalq torpağa sevgisini nümayiş etdirirdi!..

27 Sentyabrda Ermənistan mediası da, Azərbaycan mediası da ağlayırdı:

- Ermənistan kanalları ilk zərbə nəticəsində darmadağın olan ordusuna görə!

- Azərbaycan mediası isə onillərlə gözlədiyi Zəfərin ilk sorağına, kəndlərimizdən ilkinin azad olunmasına görə!

27 Sentyabrın eyforiyası, mistikası, fərəhi, başgicəlləndirici sevinci; o ruhu, o möhtəşəmliyi, o ucalığı, o inanılmaz sevgi seli heç nə, heç bir şeylə müqayisə oluna bilməz!

Heç kim o yaşantıları izah etmək gücündə deyil – çünki o ruh halının şəkli, forması yoxdur; o, İlahi ucalıqdır, İlahı bəxşişdir!

Şəhidlərimizin ruhu şaddır! Qazilərimizin canı sağ olsun!

Xalqımızı onillərin, yüzillərin utancından, torpağımızı yüz ilin işğalından qurtaranlara əbədi şükranlığımız var!

Bu Zəfərə aparan Yolu cızan, onu addım-addım gedən, bunun üçün Ordunu quran, iqtisadiyyatı nizamlayan, beynəlxalq siyasi şəraiti yetişdirən, müttəfiq və qardaşlarını 27 Sentyabr üçün toparlayan, siyasi, hərbi, iqtisadi gücü xalqın gücü ilə ucaldıb, bütün təzyiqləri sinəsinə çəkən Komandana şükranlığımız var!

O, heç nəyi gözardı etmirmiş, heç bir nüansı buraxmırmış, ən xırda detal belə onun yaddaşına iz salırmış: nə Köçəryan kimi qatilin Heydər Əliyev kimi nəhəngin qarşısında “qalib duruşunu”, nə “Qarabağ heç vaxt müstəqil Azərbaycanın tərkibində olmayıb” lovğalığını, nə erməni siyasilərin ədalarını, nə Paşinyanın Şuşada rəqsini, Cəbrayıla yol çəkmək istəyini... O jestləri, o davranışları, o ritorikanı – ki, vətəndaş cəmiyyətlərinin görüşündə belə “biz güclə torpaq almışıq, cəsarətiniz varsa, gəlin, savaşın, alın” kimi açıq meydanoxumaların doğurduğu qəzəbdən yaranan göz yaşlarımızı...

Biz yatmırdıq, bütün arzularımızın başı Qarabağ idi!

İlham Əliyev də yatmırmış – amma çarəsizlikdən yox, özünün və bizim arzularımızı həyata keçirmək üçün!

Arzularımızı həyata keçirən Tanrıya və onun bizə bəxş etdiklərinə şükürlər olsun!

Tanrı cümhuriyyəti bizə miras qoyanlara, cümhuriyyəti qorumaq yolunda ölənlərə, cümhuriyyəti qoruya bilməyib, mühacirətdə həsrətdən ölənlərə, cümhuriyyət ideyalarını onillərlə yaşadıb, nəsildən-nəslə ötürənlərə rəhmət eləsin!

Tanrı bu ölkənin yenidən müstəqilliyini yazanlara, bu dövləti parçalanmaqdan qoruyub, yox olmaqdan xilas edənə və bu dövlətin gələcəyini quran Böyük İnsana rəhmət eləsin!

Tanrı bu Böyük İnsanın idealını çin edib, münaqişəni bitirən və ərazi bütövlüyünü bərpa edən yeganə və hələlik ilk ölkə kimi Azərbaycanın adını tarixə qızıl hərflərlə yazan, Azərbaycan xalqının qürurunu, ləyaqətini, mənliyini, milli namusunu özünə qaytarıb, Xocalının, Ağdabanın qisasını alan Liderini qorusun!

27 Sentyabr 2024 Prezident Berlini hədələdi: 20 min fili qəbul etməsəniz...
27 Sentyabr 2024 Tarixi paytaxtımızda yanacaq çatışmazlığı yaşanır
27 Sentyabr 2024 Lukaşenko göstəriş verdi: Mobil telefon yaradılır
27 Sentyabr 2024 Ermənilər ruscadan imtina edib, farscaya keçir...
27 Sentyabr 2024 Yaponiyanın yeni baş naziri bu şəxs oldu
27 Sentyabr 2024 ABŞ-da şok seks qalmaqalı: Görün, kimlərin adı keçir...
27 Sentyabr 2024 Vətən müharibəsinin başlamasından 4 il ötür
27 Sentyabr 2024 XİN-dən 27 sentyabrla bağlı paylaşım
27 Sentyabr 2024 İlk mobil telefon SSRİ-də yaranıbmış - Video
27 Sentyabr 2024 İki əsrlik sindromun qırılma nöqtəsi, Əliyevin tarixi zəfəri...
27 Sentyabr 2024 Möhbalıyevin həyat yoldaşı işdən çıxarıldı
24 Sentyabr 2024 Realist olaq, Ukrayna ərazilərini itirəcək - Çexiya prezidenti
24 Sentyabr 2024 BNA-nın vəzifəli şəxsləri azadlığa buraxıldı
24 Sentyabr 2024 İşçilərin əmək müqaviləsi hansı qaydada ləğv edilə bilər?
24 Sentyabr 2024 Azərbaycanda üç yeni peşə bayramı günü təsis edildi
24 Sentyabr 2024 Napoleonun türklər haqqında dedikləri…
24 Sentyabr 2024 Türkiyənin müdafiə naziri Bakıya gəldi
24 Sentyabr 2024 İrəvandan bunu gözləyirdik, əksini gördük – Xəbərdarlıq
23 Sentyabr 2024 Parlament azlığına buna görə vəzifələr verildi - Ekspert
23 Sentyabr 2024 Pezeşkian ABŞ-a hansı komanda ilə gedib? – Təkzib edildi
23 Sentyabr 2024 Xamenei Müxbiri özünə müşavir təyin etdi
23 Sentyabr 2024 Ermənistandan tələb: Həll olunmamış bir məsələ qalıb!
23 Sentyabr 2024 Abşeron dəmir yolundakı reyslər nə vaxt bərpa olunacaq?
23 Sentyabr 2024 Bayramov BMT Baş Assambleyasının iclasında iştirak etdi
23 Sentyabr 2024 Böyük xarici təzyiq altında, cəmi bir neçə saata… - Prezident
23 Sentyabr 2024 Faşist Almaniyası cəzalandırıldı, faşist Ermənistan isə…
23 Sentyabr 2024 Bakının istədiyi bütün silahları… - İtaliya
23 Sentyabr 2024 Suverenliyimizin tam bərpa edilməsi... - Əliyev
23 Sentyabr 2024 Bizimlə şantaj dili ilə danışmaq mümkün olmayacaq!
23 Sentyabr 2024 Heydər Əsədov vəzifəsindən azad edildi - Sərəncam