Milli geyimlərimiz uzun və mürəkkəb inkişaf yolu keçən mədəniyyətimizin incisidir. Xalqın tarixi ilə möhkəm bağlı olan geyimlər onun mədəniyyətini öyrənmək üçün qiymətli mənbələrdən biridir. Azərbaycanın hər bir bölgəsinin öz milli geyim tərzi, üslubu, xüsusiyyətləri mövcuddur. Bu xüsusiyyətlər həm müəyyən formalı geyim və onun bəzəklərində, həm də bədii tikmə və toxumalarında özünü göstərir. Zəngin geyim mədəniyyəti olan bölgələrimizdən biri də Qərbi Azərbaycandır.

Kult.az Publika.az-a istinadla Qərbi Azərbaycan geyim mədəniyyətinin əsas mərkəzi olan İrəvan şəhərinin geyim üslubu ilə bağlı maraqlı məlumatları təqdim edir.

Tarixən Azərbaycanın hər bölgəsinin özünəməxsus geyim tərzi olub. Əlbəttə, geyim seçilərkən mütləq təbii şərait, ailələrin sosial fərqləri nəzərə alınıb, dövlətli ilə kasıbın geyimi fərqlənib, amma təkcə fərqlənməyən milli elementlər olub. Qərbi Azərbaycanda yaşayan soydaşlarımız da öz geyim tərzi ilə hər zaman seçiliblər. Türk geyim adətlərinin əlamətləri Qərbi Azərbaycanda yaşadılıb və baş geyimləri türk kimliyinin göstəricisi olub. İrəvan şəhəri Qərbi Azərbaycan geyim mədəniyyətinin əsas mərkəzi sayılıb.

Qıpçaq geyim tərzi bütün Qafqazın geyim adətinə təsir edib. Qıpçaqların geyimini götürən xalqlar onu öz adları ilə təqdim edirdilər. Azərbaycan geyim tərzində də əsas yeri Qıpçaq geyimləri tutur. Qərbi Azərbaycan geyimləri türk dünyasının tərkib hissəsi sayılır.

Köynək, tuman, uzunqol arxalıq

İrəvan geyimləri köynək, tuman və uzunqol arxalıqdan ibarətdir. Tuman və arxalıq Naxçıvanda olduğu kimidir, köynək isə fərqlidir. Yaxası oyma formalı kəsimdən ibarət olub, kənarlarına haşiyə tikilirdi. İrəvan qadınlarının alt köynəyi dizdən bir qədər yuxarı, qolu uzun olub. Davamlı olmaq üçün köynəyin yaxasına bir qarış enində ikinci qatın qoyulması dəb halını alıb.

Bəzən xişdək uzun biçildiyindən qol altından başlayıb ətəyədək uzanır və bununla köynəyin gövdəsini genişləndirməyə imkan verirdi. İrəvan qadınlarının alt köynəyi çox vaxt ağdan, bəzən də güllü çit və ya kətandan tikilərdi. İrəvanda geyinilən uzun ətəkli üst köynəyin ön tərəfi 3 hissə parçadan ibarət biçilib tikilərmiş. Göbəyin altına qədər olan birinci hissə ensiz, ikinci və üçüncü hissələrin hər biri əvvəlkindən bir qədər gen götürülərək büzmələnirmiş. Köynəyin ikinci və üçüncü hissələrini birləşdirən tikişin üzərinə, adətən “ətəklik” tikilərdi.

İrəvan mahalında varlı qadınların üst tumanı topuğa qədər uzun olurmuş. 3-4 taxta parçadan tikilən bu tumanlar büzməli və qırçınlı olmaqla iki cür tikilib. Adətən tumanın belinə nifə tikilib, belbağı vurulardı. Belbağı xüsusi bağ toxuma dəzgahında toxunarmış. İrəvanda da geyinilən alt tumanı şəltə adlanardı. Şəltə bir qayda olaraq, üst tumanından dörd barmaq enində qısa tikilərmiş. Arxalığın yaxası düzbucaqlı və ya oval formada biçilib. Açıq və ya meydan yaxalı arxalıqlar daha geniş yayılıb.

İpək tafta, darayı, qanovuz, atlas, alaca, xara

Azərbaycanın Qərb bölgəsində də XIX əsr və XX əsrin əvvəllərində əhalinin geyim materialı kimi, əsasən yerli ustalar tərəfindən kustar üsulla üfüqi toxuculuq dəzgahlarında - kərəkdə toxunmuş qılıcı şaldan, müxtəlif növlü və rəngli ipəkdən, nazik yun və pambıq parçalardan, həmçinin aşılanmış gön və dəridən istifadə edirdilər. Lakin, əhalinin varlı təbəqəsinin geyimi əsas etibarı ilə ipək tafta, darayı, qanovuz, atlas, alaca, xara və s. parçalardan ibarət idi ki, bunlarında çoxu satınalma yolu ilə əldə edilirdi. Rəng çalarlarına gəldikdə isə Qərbi Azərbaycan qadınlarının geyimlərində rəngarəng olaraq al, yaşıl, sarı və s. rəng çalarları üstünlük təşkil edirdi.

Çəpkən, çərkəzi, ləbbadə, nimtənə, küləcə

Azərbaycanın bütün bölgələrində olduğu kimi, Qərbi Azərbaycan da qadın üst geyimlərinə üst köynəyi, çəpkən, çərkəzi, ləbbadə, nimtənə, küləcə, çalma, arxalıq, ləçək, örpək, şal, kəlağayı, başmaq, corab, kəmər və müxtəlif bəzək növləri daxil idi. Bu üst geyim tiplərinin əsas elementlərindən biri üst köynəyi idi. Qadın üst köynəkləri bölgələr üzrə müəyyən fərqli xüsusiyyətlərə malik olsa da, ümumi səciyyəvi xarakteri var idi. İrəvan xanımları geyimin estetik gözəlliyinə xüsusi diqqət yetirirdilər. Onlar üst köynəkləri ilə yanaşı, digər üst geyimlərinin sinəsini, tikişlərin kənarlarını, yaxa və qolçaqlarını, ətəklərini xüsusi bəzək elementlərindən olan tikmələr, çaxma və asma metal bəzəklər, cürbəcür baftalar, şahpəsəndlər, zəncirələr, muncuqlar, piləklərlə bəzəyirdilər.

Azərbaycan qadınının zərifliyinin, gözəlliyinin, Azərbaycan kişisinin cəsarətinin, ləyaqətinin göstəricisi olan milli geyimlərimizi qoruyaq və onu gənc nəslə olduğu kimi sevdirək. Sevdirək ki, milli kimliyimizin simvolu kimi nəsildən-nəslə ötürülsün.

Bu yazı “Qadın Konsensus Mərkəzi” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanın milli geyimlərinin təbliği – “Ənənədən gələcəyə” adlı layihə çərçivəsində hazırlanıb.

27 Sentyabr 2024 Devalvasiya ilə bağlı suala nazirdən maraqlı cavab
27 Sentyabr 2024 Sülhə həmişəkindən daha yaxınıq - PA rəsmisi
27 Sentyabr 2024 Daşkəsənin hərbi komissarı barədə qərar - Rəsmi
27 Sentyabr 2024 Sürətli bir şəkildə hərəkətə keçmək üçün... - Bayramov
27 Sentyabr 2024 Prezident Berlini hədələdi: 20 min fili qəbul etməsəniz...
27 Sentyabr 2024 27 Sentyabr: ermənilər də ağlayırdı, biz də...
27 Sentyabr 2024 Tarixi paytaxtımızda yanacaq çatışmazlığı yaşanır
27 Sentyabr 2024 Lukaşenko göstəriş verdi: Mobil telefon yaradılır
27 Sentyabr 2024 Ermənilər ruscadan imtina edib, farscaya keçir...
27 Sentyabr 2024 Yaponiyanın yeni baş naziri bu şəxs oldu
27 Sentyabr 2024 ABŞ-da şok seks qalmaqalı: Görün, kimlərin adı keçir...
27 Sentyabr 2024 Vətən müharibəsinin başlamasından 4 il ötür
27 Sentyabr 2024 XİN-dən 27 sentyabrla bağlı paylaşım
27 Sentyabr 2024 İlk mobil telefon SSRİ-də yaranıbmış - Video
27 Sentyabr 2024 İki əsrlik sindromun qırılma nöqtəsi, Əliyevin tarixi zəfəri...
27 Sentyabr 2024 Möhbalıyevin həyat yoldaşı işdən çıxarıldı
24 Sentyabr 2024 Realist olaq, Ukrayna ərazilərini itirəcək - Çexiya prezidenti
24 Sentyabr 2024 BNA-nın vəzifəli şəxsləri azadlığa buraxıldı
24 Sentyabr 2024 İşçilərin əmək müqaviləsi hansı qaydada ləğv edilə bilər?
24 Sentyabr 2024 Azərbaycanda üç yeni peşə bayramı günü təsis edildi
24 Sentyabr 2024 Napoleonun türklər haqqında dedikləri…
24 Sentyabr 2024 Türkiyənin müdafiə naziri Bakıya gəldi
24 Sentyabr 2024 İrəvandan bunu gözləyirdik, əksini gördük – Xəbərdarlıq
23 Sentyabr 2024 Parlament azlığına buna görə vəzifələr verildi - Ekspert
23 Sentyabr 2024 Pezeşkian ABŞ-a hansı komanda ilə gedib? – Təkzib edildi
23 Sentyabr 2024 Xamenei Müxbiri özünə müşavir təyin etdi
23 Sentyabr 2024 Ermənistandan tələb: Həll olunmamış bir məsələ qalıb!
23 Sentyabr 2024 Abşeron dəmir yolundakı reyslər nə vaxt bərpa olunacaq?
23 Sentyabr 2024 Bayramov BMT Baş Assambleyasının iclasında iştirak etdi
23 Sentyabr 2024 Böyük xarici təzyiq altında, cəmi bir neçə saata… - Prezident