Bakıda sənədsiz həyət evləri qeydiyyata alınırBakının bir neçə rayonunda sənədsiz evlərin dövlət qeydiyyatına alınması məqsədi ilə işlərə başlanıb.

"Ölkə.Az" "Xəzər TV"yə istinadən xəbər verir ki, Nərimanov rayonu, Xutor qəsəbəsi 1-ci Şimal Ştilliyi, 4-cü Aşırım və digər küçələrdə yerləşən sənədsiz həyət evlərinin dövlət qeydiyyatına alınması üçün mənzil və həyətyanı sahələrdə ölçmə işləri aparılıb. Sakinlərə isə bildirilib ki, ölçmə işlərinin aparılması yaxın vaxtlarda sənədsiz evlərə çıxarışların verilməsi məqsədi daşıyır.

Nərimanov rayonu 53 saylı Mənzil Kommunal İstismar Sahəsinin mühəndisi Edson İmanovun sözlərinə görə, ərazi üzrə yerləşən sənədsiz həyət evlərinin dövlət qeydiyyatına alınması işləri 90 faiz yerinə yetirilib. Xüsusi ilə də Xutor qəsəbəsi ərazisində yüzlərlə sənədsiz həyət evlərində ölçmə işləri aparılıb və həmin evlər qeydiyyata alınıb.

Nəsimi rayonu 3-cü Alatava, Cəlil Məmmədquluzadə və bir neçə küçələrdə də bu işlər aparılıb. Ancaq bəzi sənədsiz evlər var ki, həmin evlərdə ölçmə aparılmayıb.

Nəsimi rayon 33 saylı Mənzil Kommunal İstismarı Sahəsinin rəisi Mirnazir Əliyevin sözlərinə görə, rayon ərazisində olan sənədsiz evlər və həyətyanı ərazilərdə ölçmə işləri bu ilin sonuna kimi yekunlaşacaq. Qeydiyyata alınan sənədsiz evlərlə bağlı məlumatlar isə Nəsimi rayon İcra Hakimiyyətinə təqdim ediləcək.

Qeyd edək ki, sənədsiz evlərin qeydiyyata alınması ilə bağlı Bakıda bir neçə rayon icra hakimiyyətlərində komissiya təşkil edilib.

02 May 2024 Bazar günü imtahan olacaq
02 May 2024 Kamal Kılıçdaroğlu həbs oluna bilər
02 May 2024 DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı - Video
02 May 2024 Balıqçı mağazasına kəsici-deşici alətlər satılırmış - Video
01 May 2024 İyunda ardıcıl beş gün iş olmayacaq
01 May 2024 “Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb
01 May 2024 50 aptekdə yoxlama aparıldı, 7-də nöqsan aşkarlandı
01 May 2024 Keçmiş gömrük əməkdaşının cəzası elan olundu
01 May 2024 Qubad İbadoğlu ilə bağlı yeni qərar verildi
01 May 2024 Şura telekanallarla bağlı bu statistikanı açıqladı
01 May 2024 Bas Bakıda elan etdi: Kainatı yenidən ixtira edək!
01 May 2024 Sərhədimizi pozan 26 nəfər saxlanıldı - DSX
01 May 2024 Rasim Tağıyevin oğlu həbs edildi
01 May 2024 Şimşək çaxacaq, dolu düşəcək
01 May 2024 “Bu gün həmin imkanlar artıq gerçəkdir” - Video
01 May 2024 Azərbaycanda yeni telekanal açıldı
30 Aprel 2024 Türkiyə ilə Rusiya arasında məsləhətləşmələr aparılacaq
30 Aprel 2024 Və XTQ yarandı... - Video
30 Aprel 2024 Yardımlı və Masallıya qazın verilişi bərpa olundu
30 Aprel 2024 May ayının havası: 35 dərəcə isti...
30 Aprel 2024 Ölkəmizdə gün ərzində bu qədər adam koronaya yoluxur
30 Aprel 2024 9 maşının əzildiyi qəza anı - Video
30 Aprel 2024 O, Masallıda velosipedlə işə gedib-gələn yeganə qadındır - Video
29 Aprel 2024 "Azərsu"nun Zəng Mərkəzinin işində fasilə yarandı
29 Aprel 2024 Yayda keçiriləcək imtahanların saatı dəyişdirildi
29 Aprel 2024 Timsahlar üçün qonma yeri problemi
29 Aprel 2024 “Temperatur iqlim normasından yüksəkdir”
29 Aprel 2024 Bazarda yoxlama: bu məhsulların satışı dayandırıldı
29 Aprel 2024 Aprelin son günü 32° isti olacaq
29 Aprel 2024 Bazar günü imtahan olacaq