Sahibkarlığın inkişafı ilə bağlı çox ciddi addımlar atılıb.

Hesab edirəm ki, bu istiqamətdə nailiyyətlər çox ümidvericidir.

Axar.az xəbər verir ki, bunu Pirallahı rayonunda 306 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin istifadəyə verilmə mərasimində sakinlərlə görüşündə Prezident İlham Əliyev bildirib.

"Bu gün Azərbaycanda güclü sahibkarlar sinfi yaranıbdır. İqtisadi inkişafımızın şaxələndirilməsi istiqamətində sahibkarların çox böyük rolu var. Dövlət öz tərəfindən çox ciddi islahatların aparılması istiqamətində addımlar atır və bu islahatlar yaxşı nəticələr verir.

Bizim gəlirlərimiz artır. Bu ilin altı ayında gəlirlərimiz təxminən 400 milyon manatdan çox artmışdır. Biz, ilk növbədə, bu vəsaiti sosial layihələrə istiqamətləndiririk. Bildiyiniz kimi, bu il çox ciddi sosial paket təsdiqləndi, müavinətlər, o cümlədən məcburi köçkünlər üçün nəzərdə tutulan müavinətlər 50 faiz artırıldı. Problemli kreditlərlə bağlı olan məsələ öz həllini tapdı. Maaşlar, pensiyalar artırıldı. Bu, əlbəttə ki, islahatların birbaşa nəticəsidir. Çünki bu islahatlar bizə əlavə gəlirlər gətirir və biz bu gəlirləri, ilk növbədə, sosial sahəyə yönəldirik. Sosial sahə bundan sonra da bizim üçün prioritet sahə olacaq. Çünki Azərbaycan vətəndaşları ildən-ilə daha da yaxşı yaşamalıdır və biz buna nail olacağıq", - dövlət başçısı vurğulayıb.

02 May 2024 Bazar günü imtahan olacaq
02 May 2024 Kamal Kılıçdaroğlu həbs oluna bilər
02 May 2024 DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı - Video
02 May 2024 Balıqçı mağazasına kəsici-deşici alətlər satılırmış - Video
01 May 2024 İyunda ardıcıl beş gün iş olmayacaq
01 May 2024 “Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb
01 May 2024 50 aptekdə yoxlama aparıldı, 7-də nöqsan aşkarlandı
01 May 2024 Keçmiş gömrük əməkdaşının cəzası elan olundu
01 May 2024 Qubad İbadoğlu ilə bağlı yeni qərar verildi
01 May 2024 Şura telekanallarla bağlı bu statistikanı açıqladı
01 May 2024 Bas Bakıda elan etdi: Kainatı yenidən ixtira edək!
01 May 2024 Sərhədimizi pozan 26 nəfər saxlanıldı - DSX
01 May 2024 Rasim Tağıyevin oğlu həbs edildi
01 May 2024 Şimşək çaxacaq, dolu düşəcək
01 May 2024 “Bu gün həmin imkanlar artıq gerçəkdir” - Video
01 May 2024 Azərbaycanda yeni telekanal açıldı
30 Aprel 2024 Türkiyə ilə Rusiya arasında məsləhətləşmələr aparılacaq
30 Aprel 2024 Və XTQ yarandı... - Video
30 Aprel 2024 Yardımlı və Masallıya qazın verilişi bərpa olundu
30 Aprel 2024 May ayının havası: 35 dərəcə isti...
30 Aprel 2024 Ölkəmizdə gün ərzində bu qədər adam koronaya yoluxur
30 Aprel 2024 9 maşının əzildiyi qəza anı - Video
30 Aprel 2024 O, Masallıda velosipedlə işə gedib-gələn yeganə qadındır - Video
29 Aprel 2024 "Azərsu"nun Zəng Mərkəzinin işində fasilə yarandı
29 Aprel 2024 Yayda keçiriləcək imtahanların saatı dəyişdirildi
29 Aprel 2024 Timsahlar üçün qonma yeri problemi
29 Aprel 2024 “Temperatur iqlim normasından yüksəkdir”
29 Aprel 2024 Bazarda yoxlama: bu məhsulların satışı dayandırıldı
29 Aprel 2024 Aprelin son günü 32° isti olacaq
29 Aprel 2024 Bazar günü imtahan olacaq