Son xəbərlər

 

Yol hərəkəti qaydaları haqqında qanuna əsasən, asma mühərrikli velosipedi 16, adi velosipedi isə 14 yaşdan yuxarı hər kəsin nəqliyyat yollarında hərəkət istiqamətində sürməsinə icazə verilir.

 

Bu sözləri Axar.az-a açıqlamasında “Digesta” hüquq firmasının direktoru, ekspert Ərşad Hüseynov söyləyib. O bildirib ki, ümumi istifadə olunan yollarda 14 yaşına çatmayan uşaqların velosipedlə hərəkəti qanunla qadağan edilir:

“16 yaşından yuxarı şəxslər üçün ümumi istifadə olunan yollarda hərəkət etməklə bağlı xüsusi qaydalar mövcuddur:

1. Velosiped yollarda xüsusi velosiped zolaqları və ya velosiped yolları ilə hərəkət etməlidir;

2. Əgər belə zolaq və ya xüsusi yol yoxdursa, onların yolun hərəkət hissəsi ilə, yəni avtomobillərin hərəkəti üçün nəzərdə tutulan zolaqla hərəkətinə yol verilir. Yolda eyni istiqamətdə bir və ya bir neçə hərəkət zolağı olmasından asılı olmayaraq, velosipedi yalnız yolun ən sağ kənarı ilə sürmək olar. Özü də bu zaman velosipedçilər yalnız bir cərgədə hərəkət edə bilərlər. Yəni yolun sağ kənarı ilə də iki velosipedin yanaşı hərəkəti qadağandır.

3. Velosiped və moped sürücülərinə velosiped yolu olduğu halda, onun yanındakı yolla hərəkət etmək qadağandır. Bu qaydaların pozulması müşahidə edilərsə, velosipedi idarə edən şəxs cərimələnəcək”.

Ekspert velosipedlə hərəkət zamanı yol nəqliyyat hadisələri baş verərsə, hər bir hadisəyə fərdi hüquqi qiymət verilməli olduğunu da vurğulayıb:

“Bu zaman hadisəni törədən tərəfi müəyyənləşdirmək üçün iş aparılmalıdır. Ola bilsin ki, velosipedi idarə edən şəxs maşının qarşısına elə tərzdə çıxıb ki, sürücünün təhlüləsizlik üçün manevr etmək imkanı olmayıb. Bu halda sürücünün heç bir günahı olmur. Ancaq azyaşlı uşaq baxmayaraq ki, onun yolda hərəkəti qadağan olunsa belə, sürücü uzaqdan onu görüb təhlükəsizlik tədbiri görmədən o uşağı vurarsa, sürücü günahkar hesab olunur”.

04 May 2024 Azərbaycanın enerji keçid proqramı: 2030-cu ilə qədər...
04 May 2024 Qurultay keçirilir: İsa Qəmbər yenidən başqan seçiləcək
04 May 2024 Satışa çıxarılan bu mənzillərə tələbat niyə azdır? - Video
03 May 2024 Məmurun təzyiqini qaldırdı, həbs edildi
03 May 2024 Cahangir Hacıyev aclıq aksiyasına başladı
03 May 2024 Tıxaclara əlvida! Nərimanovda yeni yol və tunel çəkilir!
03 May 2024 “Berqa”dan əhvalınızı dəyişəcək layihə
03 May 2024 Sabah 23° isti olacaq
03 May 2024 FHN-in Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsinin taktiki-xüsusi təlimindən - Video
03 May 2024 Biz necə uşaq tərbiyə edirik? - Sosioloq rəyi
03 May 2024 İçərişəhərə giriş məhdudlaşdırılacaq
03 May 2024 Taksidə qazla işləyən maşınlardan istifadə olunacaq?
03 May 2024 Şuşanın yeni məscidi belə olacaq - Video
02 May 2024 Bazar günü imtahan olacaq
02 May 2024 Kamal Kılıçdaroğlu həbs oluna bilər
02 May 2024 DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı - Video
02 May 2024 Balıqçı mağazasına kəsici-deşici alətlər satılırmış - Video
01 May 2024 İyunda ardıcıl beş gün iş olmayacaq
01 May 2024 “Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb
01 May 2024 50 aptekdə yoxlama aparıldı, 7-də nöqsan aşkarlandı
01 May 2024 Keçmiş gömrük əməkdaşının cəzası elan olundu
01 May 2024 Qubad İbadoğlu ilə bağlı yeni qərar verildi
01 May 2024 Şura telekanallarla bağlı bu statistikanı açıqladı
01 May 2024 Bas Bakıda elan etdi: Kainatı yenidən ixtira edək!
01 May 2024 Sərhədimizi pozan 26 nəfər saxlanıldı - DSX
01 May 2024 Rasim Tağıyevin oğlu həbs edildi
01 May 2024 Şimşək çaxacaq, dolu düşəcək
01 May 2024 “Bu gün həmin imkanlar artıq gerçəkdir” - Video
01 May 2024 Azərbaycanda yeni telekanal açıldı
30 Aprel 2024 Türkiyə ilə Rusiya arasında məsləhətləşmələr aparılacaq