Son xəbərlər

 

Astara-Rəşt dəmir yolunun inşası başa çatdıqdan sonra Naxçıvan-Bakı qatarı işə salınacaq.

 

Report-un xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) “Azərbaycan Dəmir Yolları” QSC (QSC) üzrə təşkilatının sədri Xeyrulla Hümbətov bildirib.

"Bununla da, Naxçıvan əhalisinin Bakı ilə dəmir yolu vasitəsilə asan əlaqəsi təmin olunacaq, həmçinin Naxçıvanda istehsal olunan travertin, mərmər, gips, Badamlı və Sirab kimi məşhur təbii mineral sular, duz, müxtəlif növ kənd təsərrüfatı, o cümlədən meyvə-tərəvəz məhsullarının təqribən 30-32 saata paytaxt Bakıya daşınması mümkün olacaq. Eyni zamanda, sadalanan ixrac məhsullarının qonşu ölkələrin bazarlarına çıxarılmasına da imkan yaranacaq. Bu məqsədlə hazırda muxtar respublikanın dəmir yolu təsərrüfatında yenilənmə prosesi həyata keçirilir", - deyə X.Hümbətov əlavə edib.

Onun sözlərinə görə, Şimal-Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat marşrutları çərçivəsində Azərbaycan və İran dəmir yollarının birləşdirilməsinə dair işlərə ölkə Prezidentinin 2015-ci il dekabrın 7-də imzaladığı “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” sərəncamından və 2016-cı il fevralın 23-də İrana səfəri zamanı müqavilələrin imzalanmasından sonra başlanılıb. "Azərbaycan ərazisində keçən il aprelin 20-də başlayan tikinti işləri qısa müddət ərzində başa çatdırılıb. Görülən tədbirlər nəticəsində, ümumilikdə, 16 km-dən çox dəmir yolunun və Azərbaycan-İran sərhədində, Astara çayı üzərində 82,5 metr uzunluğu olan körpünün tikintisi tam yekunlaşdırılıb, bu il martın 3-də ilk sınaq qatarı inşa edilən körpüdən keçərək İran ərazisinə daxil olub. İran ərazisində 1,4 km uzunluğunda yolun və yük terminalının inşası isə hazırda davam edir. Dəmir yolu infrastrukturunun yenilənməsi yaxın gələcəkdə dövlət başçısı tərəfindən qarşıya qoyulan məqsədə – sərnişin qatarlarının sürətini 100 km/saata, yük qatarlarının orta sahə sürətini isə 60 km/saata çatdırılmasına imkan verəcək", - deyə YAP təşkilatının sədri əlavə edib.

04 May 2024 Azərbaycanın enerji keçid proqramı: 2030-cu ilə qədər...
04 May 2024 Qurultay keçirilir: İsa Qəmbər yenidən başqan seçiləcək
04 May 2024 Satışa çıxarılan bu mənzillərə tələbat niyə azdır? - Video
03 May 2024 Məmurun təzyiqini qaldırdı, həbs edildi
03 May 2024 Cahangir Hacıyev aclıq aksiyasına başladı
03 May 2024 Tıxaclara əlvida! Nərimanovda yeni yol və tunel çəkilir!
03 May 2024 “Berqa”dan əhvalınızı dəyişəcək layihə
03 May 2024 Sabah 23° isti olacaq
03 May 2024 FHN-in Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsinin taktiki-xüsusi təlimindən - Video
03 May 2024 Biz necə uşaq tərbiyə edirik? - Sosioloq rəyi
03 May 2024 İçərişəhərə giriş məhdudlaşdırılacaq
03 May 2024 Taksidə qazla işləyən maşınlardan istifadə olunacaq?
03 May 2024 Şuşanın yeni məscidi belə olacaq - Video
02 May 2024 Bazar günü imtahan olacaq
02 May 2024 Kamal Kılıçdaroğlu həbs oluna bilər
02 May 2024 DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı - Video
02 May 2024 Balıqçı mağazasına kəsici-deşici alətlər satılırmış - Video
01 May 2024 İyunda ardıcıl beş gün iş olmayacaq
01 May 2024 “Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb
01 May 2024 50 aptekdə yoxlama aparıldı, 7-də nöqsan aşkarlandı
01 May 2024 Keçmiş gömrük əməkdaşının cəzası elan olundu
01 May 2024 Qubad İbadoğlu ilə bağlı yeni qərar verildi
01 May 2024 Şura telekanallarla bağlı bu statistikanı açıqladı
01 May 2024 Bas Bakıda elan etdi: Kainatı yenidən ixtira edək!
01 May 2024 Sərhədimizi pozan 26 nəfər saxlanıldı - DSX
01 May 2024 Rasim Tağıyevin oğlu həbs edildi
01 May 2024 Şimşək çaxacaq, dolu düşəcək
01 May 2024 “Bu gün həmin imkanlar artıq gerçəkdir” - Video
01 May 2024 Azərbaycanda yeni telekanal açıldı
30 Aprel 2024 Türkiyə ilə Rusiya arasında məsləhətləşmələr aparılacaq