Son xəbərlər

 

Bakı Metropolitenin 1967-ci ildə istismara verilmiş ilk 5 stansiyasından biri olan "Sahil" stansiyasında eskalatorların istismar müddəti başa çatıb və onların yeniləri ilə əvəzlənməsi zərurəti yaranıb.

 

Bakı Metropoliteni QSC-nin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, "Sahil stansiyasında aparılacaq əsaslı təmir müddətində quraşdırılmış "LT-3" tipli 3 eskalator sökülərək, yerində Almaniyanın "ThyssenKrupp Fahrtreppe" şirkətinin "Viktoriya" tipli 4 eskalatoru quraşdırılacaq. Bununla əlaqədar "Sahil" stansiyası avqustun 20-dən sərnişinlərin giriş-çıxışı üçün bağlanacaq və qatarlar bu stansiyada dayanmadan "İçərişəhər" və əks istiqamətdə hərəkət edəcək. Təmir işlərinin 2018-ci ilin iyun ayının sonlarına qədər yekunlaşdırılması nəzərdə tutulur.

"Əsaslı təmirin aparıldığı müddət ərzində sərnişinlərdən getdikləri ünvanı əvvəlcədən nəzərə alaraq, metronun "Sahil" stansiyasına yaxın olan "İçərişəhər" və "28 May" stansiyalarının xidmətindən istifadə etmələri xahiş olunur", - deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, buna qədər "28 May" stansiyasında aparılmış yenidənqurma tədbirləri çərçivəsində sökülmüş 3 eskalatorun əvəzinə onların yeni tipli 4 analoqu quraşdırılmışdı. "Sahil" stansiyasında quraşdırılacaq eskalator əvvəlki nəsil eskalatorlardan bir çox üstünlükləri ilə fərqlənəcək.

Eskalatorların sökülüb-quraşdırıldığı müddətdə stansiyanın əsaslı təmir olunması da nəzərdə tutulub. Bu işlər çərçivəsində stansiyanın mərmər-qranit örtüyü, istismar müddətini başa vurmaqda olan, köhnəlmiş və müasir dövrün tələblərinə cavab verməyən avadanlıqlar yenilənəcək.

Eskalatorların yenisi ilə əvəzlənəcəyi və əsaslı təmir işlərinin yerinə yetiriləcəyi müddət ərzində, birçıxışlı olduğu üçün, “Sahil” stansiyasının bağlanması zərurəti yaranıb.

04 May 2024 Azərbaycanın enerji keçid proqramı: 2030-cu ilə qədər...
04 May 2024 Qurultay keçirilir: İsa Qəmbər yenidən başqan seçiləcək
04 May 2024 Satışa çıxarılan bu mənzillərə tələbat niyə azdır? - Video
03 May 2024 Məmurun təzyiqini qaldırdı, həbs edildi
03 May 2024 Cahangir Hacıyev aclıq aksiyasına başladı
03 May 2024 Tıxaclara əlvida! Nərimanovda yeni yol və tunel çəkilir!
03 May 2024 “Berqa”dan əhvalınızı dəyişəcək layihə
03 May 2024 Sabah 23° isti olacaq
03 May 2024 FHN-in Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsinin taktiki-xüsusi təlimindən - Video
03 May 2024 Biz necə uşaq tərbiyə edirik? - Sosioloq rəyi
03 May 2024 İçərişəhərə giriş məhdudlaşdırılacaq
03 May 2024 Taksidə qazla işləyən maşınlardan istifadə olunacaq?
03 May 2024 Şuşanın yeni məscidi belə olacaq - Video
02 May 2024 Bazar günü imtahan olacaq
02 May 2024 Kamal Kılıçdaroğlu həbs oluna bilər
02 May 2024 DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı - Video
02 May 2024 Balıqçı mağazasına kəsici-deşici alətlər satılırmış - Video
01 May 2024 İyunda ardıcıl beş gün iş olmayacaq
01 May 2024 “Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb
01 May 2024 50 aptekdə yoxlama aparıldı, 7-də nöqsan aşkarlandı
01 May 2024 Keçmiş gömrük əməkdaşının cəzası elan olundu
01 May 2024 Qubad İbadoğlu ilə bağlı yeni qərar verildi
01 May 2024 Şura telekanallarla bağlı bu statistikanı açıqladı
01 May 2024 Bas Bakıda elan etdi: Kainatı yenidən ixtira edək!
01 May 2024 Sərhədimizi pozan 26 nəfər saxlanıldı - DSX
01 May 2024 Rasim Tağıyevin oğlu həbs edildi
01 May 2024 Şimşək çaxacaq, dolu düşəcək
01 May 2024 “Bu gün həmin imkanlar artıq gerçəkdir” - Video
01 May 2024 Azərbaycanda yeni telekanal açıldı
30 Aprel 2024 Türkiyə ilə Rusiya arasında məsləhətləşmələr aparılacaq