Hindistanın Baş naziri Narendra Modi avqustun 21-23-də Polşa və Ukraynaya rəsmi səfər edəcək. Bu, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Narendra Modinin Kiyevə ilk səfəri olacaq.

 

Axar.az xəbər verir ki. bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Modi iyunun 8-də Moskvaya səfər etmişdi:

“Putinlə görüş zamanı ikitərəfli tərəfdaşlığı gücləndirməkdə maraqlı olduğunu bildirmişdi. Modinin Rusiyaya səfəri Ukrayna və Qərb ölkələrində bir sıra suallar yaratdı. Modi bu sualları ortadan qaldırmaq üçün Kiyevə səfər etməyə qərar verib.

Dehli Rusiya ilə Ukrayna arasında dialoqun tərəfdarıdır. Narendra Modi iki ölkə arasındakı mübahisənin müharibə ilə həll olunmayacağı qənaətindədir. Dehli Pekin kimi Moskva ilə Kiyev arasında dialoqa töhfə verməyə hazır olduğunu bildirib. Məlumdur ki, Kiyev Pekinin vasitəçiliyini qəbul etməyib. Çünki Pekinin planında Rusiya ordusunun Ukrayna ərazisini tərki tələb olunmurdu. Dehlinin münaqişənin həlliylə bağlı konkret planı olmasa da, tərəflərlə işləməyə hazır olduğunu bəyan edib. Vaşinqton müharibənin dayandırılması üçün Pekinin Moskvaya təsir etməsini istəyərkən, Dehlidən də eyni siyasət aparmasını arzulayır. Ancaq problem ondadır ki, Kreml Ukrayna torpaqlarının işğalının rəsmiləşdirilməsindən başqa həll planı və vasitəçilik qəbul etmir.

Ukrayna xarici işlər naziri Dmitri Kuleba bir müddət əvvəl Hindistana səfər etmişdi. Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar ukraynalı həmkarı ilə görüşdə iki ölkə arasında təmasları genişləndirməkdə maraqlı olduğunu söyləmişdi. Narendra Modi iyun ayında “Böyük Yeddilər”in İtaliya toplantısında Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb fikir mübadiləsi aparmışdı. Kiyev Hindistanın Ukrayna iqtisadiyyatına yatırım qoymasına da maraq göstərir.

Narendra Modi Kiyevdə sonra Varşavaya səfər edəcək. Modinin Ukraynadan sonra məhz Polşaya səfər etməsinin səbəbi aydındır. Ukrayna ilə sərhəd olan Polşa müharibədən əziyyət çəkən əsas Avropa ölkəsidir. Polşa Ukraynadan ən çox qaçqın qəbul edən ölkədir, Rusiya raketləri və təyyarələri zaman-zaman Polşa ərazisinə keçir. Bundan başqa, Avropada belə bir rəy formalaşıb ki, Rusiya Ukraynanı işğal edərsə, növbəti hədəf Polşa ola bilər. Bu mənada Narendra Modinin Polşaya səfəri Dehlinin Varşavanın narahatlığına şərik olduğunu anlamı daşıyır”.

16 Sentyabr 2024 Pezeşkiandan Azərbaycanla bağlı açıqlama
14 Sentyabr 2024 İki millət vəkili və 41 siyasətçi İYİ Partiyasından getdi
09 Sentyabr 2024 Biz Qərblə ünsiyyət qapısını bağlamırıq - Lavrov
09 Sentyabr 2024 İran düşünür ki, Zəngəzur dəhlizi açılarsa... - Türk general
31 Avqust 2024 Paşinyan Bakıya gələcəkmi? - Özü açıqladı
29 Avqust 2024 Siyasətçilər illər əvvəl... - Foto
27 Avqust 2024 Ukrayna ilk ballistik raketini yaratdı - Zelenski
26 Avqust 2024 Qafqaz İran üçün strateji baxımdan... – Arakçı
24 Avqust 2024 23 min Ukrayna hərbçisi bizim ölkədə təlim keçib - Duda
23 Avqust 2024 İsraili həmişə dəstəkləyəcəyəm - Harris
21 Avqust 2024 İsrailə cavab verilməsə, pislikləri davam edəcək – Rezayi
19 Avqust 2024 Bakı Moskva və Kiyev arasında danışıqlar üçün idealdır - Markov
16 Avqust 2024 Daha bir ölkə Kiyevə silahlarından istifadəyə icazə verdi
16 Avqust 2024 Pezeşkian kabineti müdafiə üçün parlamentə gedir
16 Avqust 2024 Tiflis Rusiyaya ittiham şansı verdi: Bu, xəyanətdir!
16 Avqust 2024 Qardaş ölkə Azərbaycan üçün viza rüsumunu ləğv etdi
15 Avqust 2024 Ölüm təhlükəsinə baxmayaraq, Qəzzaya gedəcəyəm!
15 Avqust 2024 Ermənistandan Minsk Qrupu açıqlaması: Davam?
14 Avqust 2024 İstefa verən Zərifdən Pezeşkianla bağlı şok sözlər
14 Avqust 2024 Türkiyəyə səfər edənlərin diqqətinə: barmaq izi...
14 Avqust 2024 “Əhməd” komandiri Kursk döyüşündən danışdı: “Qırırıq…”
13 Avqust 2024 Əgər Kurskda baş verənlər Putini qane etmirsə… - ABŞ
13 Avqust 2024 Biz tənəzzülə uğrayan bir xalqıq - Tramp
13 Avqust 2024 İran kanalları eyham vurdu: Bu gecə saat 2-də...
13 Avqust 2024 Maduroya təzyiq üçün variantlar nəzərdən keçirilir
13 Avqust 2024 Ukrayna F-16-larla kütləvi hücuma keçəcək - Rus ekspert
12 Avqust 2024 Dövlətimiz adından bu sözü verə bilərəm ki... - Zelenski
12 Avqust 2024 Hakan Fidan Blinkenlə danışdı: Son vəziyyət...
12 Avqust 2024 Donald Tramp ABŞ hökumətini məhkəməyə verir
09 Avqust 2024 Putin operativ iclas keçirdi: Terrorla mübarizə…