Prezident birinci xanımla Neftçilər parkında — YENİLƏNİB















Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində əsaslı şəkildə yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olublar.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov əsaslı şəkildə yenidən qurulan Neftçilər parkında yaradılan şərait barədə dövlət başçısına məlumat veriblər.

Qeyd edilib ki, bu istirahət parkı 1982-ci ildə salınıb. “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində ötən ilin martından parkda yenidənqurma işlərinə başlanılıb. Ümumi sahəsi 6 hektar olan ərazinin 4 hektarlıq hissəsində mədəniyyət və istirahət parkı yaradılıb. Digər 2 hektarlıq sahədə isə meşə zolağı salınıb və velosiped yolları çəkilib, işıqlandırma işləri görülüb. Bu istirahət məkanında “IDEA” İctimai Birliyinin layihəsi çərçivəsində uşaq idman və futbol meydançaları salınıb, trenajorlar quraşdırılıb, uşaq və yeniyetmələrin əyləncəsi, asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif attraksionlar və oyun elementləri yerləşdirilib.

Sonra dövlət başçısı və birinci xanım burada istirahət edən sakinlərlə görüşüb söhbət ediblər.
Bu il fevralın 26-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və iştirakı ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə parkın ərazisində 613, bu il aprelin 6-da isə Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi şərəfinə daha 300 ağac əkilib.

Parkın ərazisində neft buruğunun rəmzi olaraq “Stella” quraşdırılıb, yaşıllıqlar salınıb, 2 min yeni ağac əkilib, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Cavanşir Rəhimovun 1999-cu ildə quraşdırılmış büstü bərpa edilib, büstün ətraf ərazisi yenidən qurulub, “Veteranlar guşəsi” və iaşə obyektləri yenilənib.

Əhalisinin sayı 89 min nəfər olan Qaraçuxur Suraxanı rayonunun qədim qəsəbələrindən biridir. Bu parkın müasir səviyyədə yenidən qurulması qəsəbə sakinləri ilə yanaşı, paytaxtımıza gələn qonaqların da asudə vaxtlarının səmərəli təşkili üçün geniş imkanlar açır. Ümumilikdə, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə paytaxtımızın inkişaf tempinə uyğun olaraq yeni park, istirahət məkanları salınır, mövcudları isə müasir səviyyədə yenidən qurulur. Bütün bu işlər bir daha göstərir ki, paytaxtımızın dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək istiqamətində həyata keçirilən layihələr ardıcıl xarakter almaqla yüksək keyfiyyətlə icra olunur.
02 May 2024 Bakı buna imkan vermir – ABŞ unutmayacaq...
01 May 2024 Taciklərin öz həqiqətləri var, gərginlik artır - Markov
01 May 2024 Şərq ilə Qərb arasında yerləşməyimiz... - Prezident
01 May 2024 Qərb sanksiya tətbiq edir, Fransa isə İranı “sevir” - Səbəb
01 May 2024 Hər ay 50-yə yaxın ölkəni bir araya gətirirəm ki... - Ostin
30 Aprel 2024 Ermənistan prezidenti delimitasiyadan danışdı
30 Aprel 2024 Paşinyan müxalifətin Bakı ilə bağlı təklifini rədd etdi
30 Aprel 2024 Dəyərlər, ailə, inanc məhv edilir - Dugin
29 Aprel 2024 Paşinyan Putinə yardım edir – Avropa mediası
28 Aprel 2024 Ermənilər İrana gedən yolu bağladılar
28 Aprel 2024 Bunu etsəniz, İsrail hakimiyyəti dağılacaq - Nazir
28 Aprel 2024 Ukrayna müharibəsi tezliklə bitməyəcək - Borrell
28 Aprel 2024 Qalant: İsrail bunu etməyə borcludur!
24 Aprel 2024 Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...
24 Aprel 2024 Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı
24 Aprel 2024 Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir
23 Aprel 2024 Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident
23 Aprel 2024 İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür
23 Aprel 2024 Ermənistanla sülh sazişini imzalasaq… - Prezident
23 Aprel 2024 Sülhməramlıların bu hərəkətindən şoka düşdüm - Brayza
23 Aprel 2024 Bilirlər ki, biz tərəfdən sürprizlər olmayacaq - Əliyev
23 Aprel 2024 Quru sərhədlərin bağlı qalmasından sonra... - Prezident
23 Aprel 2024 Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı
15 Aprel 2024 Markov: İran və İsrail bu iki ölkədə vuruşacaq - Xəritə
14 Aprel 2024 İranın İsrailə hücumunu pisləyirik - AB
14 Aprel 2024 Sunak açıqladı: İran PUA-larını məhv etdik!
14 Aprel 2024 Zaxarovadan İsrailə sərt cavab
14 Aprel 2024 İsrail hava məkanını açdı
06 Aprel 2024 İsrailə cavab zərbəsi necə və nə vaxt olacaq? - Bagiri
04 Aprel 2024 Çavuşoğludan Zəngəzur dəhlizi ilə bağlı açıqlama