Son xəbərlər

 

İqbal Ağazadə və Əli Əliyev Milli Şura ideoloqunun son müsahibəsindən danışdılar

“Mən həmişə qeyd etmişəm ki, siyasətlə peşəkar siyasətçilər məşğul olmalıdırlar”.  Bu fikri “Yeni Müsavat”a Ümid Partiyasının sədri İqbal Ağazadə kinorejissor, Milli Şuranın yaradıcısı və ideoloqu Rüstəm İbrahimbəyovun son müsahibəsi haqda danışarkən bildirdi.

Ümid sədrinin sözlərinə görə, siyasətin içində olmayan birinin öhdəliklər götürməsi, prezidentlik iddiasına düşməsi axırda belə nəticələnir: “Siyasətlə peşəkarlar məşğul olmalıdırlar. Mən indi bilmirəm ki, İbrahimbəyovu həmin dövrdə Milli Şuradakılar prezidentliyə namizəd olmağa təhrik ediblər,  ya yox, lakin siyasət siyasətçinin işidir”.

İ.Ağazadə “müxalifət düşərgəsində bundan sonra vahid namizəd anlayışı bitdimi” sualına belə münasibət sərgilədi:“Bizim üçün demokratik seçki istiqamətində çalışmaq vacibdir. Demokratik seçki mühitinin yaradılmasına nail olmalıyıq. Hamı seçkiyə qatılsın və mübarizə aparsın. Bizim üçün vahid namizəd anlayışı olmayıb”.

İqbal Ağazadə ile ilgili görsel sonucu

Vətəndaş və İnkişaf Partiyası (VİP) sədri Əli Əliyev isə qeyd etdi ki, həmin dövrdə İbrahimbəyovun namizədliyini tənqid edən az saylı siyasətçilərdən biri olub: “Həmin vaxt heç kim onu tənqid etmirdi, hamı ətrafına toplaşmışdı. Mən hesab edirəm ki, kənar ölkənin vətəndaşı olan birinin prezidentliyə namizədliyi və prezident olması dövlətə ziyan gətirə bilərdi. Ancaq İbrahimbəyov qeyri-səmimi danışıb. Əgər doğurdan da 75 yaşlı ziyalını aldadıb seçkiyə qatırlarsa, o zaman iradəsiz bir adam necə prezident ola, ölkəni idarə edə bilərdi?

Üstəlik, söhbət Qarabağ problemi olan, müxtəlif güclərin maraqlarının toqquşduğu bir ölkədən gedir. O halda İbrahimbəyov necə dövlətə rəhbərlik edəcəkdi? Yəni, namizədliyini iradəsiz irəli sürdüyünü, təhrik olunduğunu deməsi qeyri-səmimilikdir".

Ä°lgili resim

VİP sədri hesab edir ki, 2013-cü il layihəsi heç də İbrahimbəyovun iradəsizliyinin nəticəsi olmayıb:

“Bu, kənar güclərin, qurumların layihəsiydi, onun mərkəzində İbrahimbəyov fiquru dayanırdı, o da prosesə ”Milyarderlər İttifaqı" üzvü kimi qatılmşdı".

Ə.Əliyev Ukrayna nümunəsini misal göstərərək bildirdi ki, demokratik prosesdə heç nəyi proqnozlaşdırmaq olmur: “Aktyor qalib gələ bilər. O baxımdan vahid namizədlə getmək yox, qoy hər kəs seçkidə iştirak eləsin. Lakin daha yaxşı olar ki, hərə öz işi ilə məşğul olsun”.

Xatırladaq ki, kinodramaturq Rüstəm İbrahimbəyov “Dojd” telekanalına müsahibəsində deyib ki, prezidentliyə namizəd olmaq istəmirmiş.

Onun sözlərinə görə, müxalifət qüvvələri onu prezident postuna öz namizədliyini irəli sürməyə təhrik ediblər. Və o, öz keçmiş qərarına görə çox heyfsilənir: “Ziyalılar Forumu yaratdım, sonra bu forum tədricən dağıdıldı, bu səbəbdən mən və yoldaşlarım, necə deyərlər, radikallaşdıq və yeni qurum yaradaraq onu Demokratik Qüvvələrin Milli Şurası adlandırdıq. Və mən 25-30 il ərzində ilk dəfə özünü müxalifət adlandıran bütün gücləri birləşdirdim, məhz ona görə ki, siyasətdən kənar insan idim. Onlar bir-biri ilə vuruşurdular və bu gün də vuruşmağa davam edirlər”.

R.İbrahimbəyov deyib ki, seçkilər məsələsi ortaya gələndə heç gözləmədiyi halda ona məhz namizədliyini irəli sürəcəklərini bildiriblər: “Mən uzun müddət onlara izah etdim ki, prezident fəaliyyətindən mənim qədər uzaq olan adam yoxdur. Dedilər, onda biz gedəcəyik. Və nəticədə onlar dağılışdılar, çünki mən öz namizədliyimi irəli sürmür və qəti surətdə bundan imtina edirdim. Bundan əlavə, onları xəbərdar edirdim ki, Azərbaycan vətəndaşı olmaqla bərabər, mən həm də Rusiya vətəndaşıyam və bu səbəbdən böyük problemlər olacaq”.

03 May 2024 Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq
03 May 2024 Yeni brend - “Made in Turan” niyə təqdim edilmədi?
03 May 2024 Xanım jurnalistə cinayət işi açıldı
03 May 2024 Türkiyə İsrailə qarşı ticarət sanksiyalarına əməl edəcək
03 May 2024 Kremldən Makronun çıxışına reaksiya: Təhlükəlidir!
03 May 2024 Kobaxidze bu səbəbdən ABŞ-a səfərini ləğv etdi
03 May 2024 Türkiyənin İsrail qərarına Təl-Əvivdən reaksiya
03 May 2024 Yazıq gəlinimi erməni eləmişdilər - Sabiq nazir
03 May 2024 AB Azərbaycana əlavə 2 milyon ayırır
02 May 2024 Bakı buna imkan vermir – ABŞ unutmayacaq...
01 May 2024 Taciklərin öz həqiqətləri var, gərginlik artır - Markov
01 May 2024 Şərq ilə Qərb arasında yerləşməyimiz... - Prezident
01 May 2024 Qərb sanksiya tətbiq edir, Fransa isə İranı “sevir” - Səbəb
01 May 2024 Hər ay 50-yə yaxın ölkəni bir araya gətirirəm ki... - Ostin
30 Aprel 2024 Ermənistan prezidenti delimitasiyadan danışdı
30 Aprel 2024 Paşinyan müxalifətin Bakı ilə bağlı təklifini rədd etdi
30 Aprel 2024 Dəyərlər, ailə, inanc məhv edilir - Dugin
29 Aprel 2024 Paşinyan Putinə yardım edir – Avropa mediası
28 Aprel 2024 Ermənilər İrana gedən yolu bağladılar
28 Aprel 2024 Bunu etsəniz, İsrail hakimiyyəti dağılacaq - Nazir
28 Aprel 2024 Ukrayna müharibəsi tezliklə bitməyəcək - Borrell
28 Aprel 2024 Qalant: İsrail bunu etməyə borcludur!
24 Aprel 2024 Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...
24 Aprel 2024 Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı
24 Aprel 2024 Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir
23 Aprel 2024 Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident
23 Aprel 2024 İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür
23 Aprel 2024 Ermənistanla sülh sazişini imzalasaq… - Prezident
23 Aprel 2024 Sülhməramlıların bu hərəkətindən şoka düşdüm - Brayza
23 Aprel 2024 Bilirlər ki, biz tərəfdən sürprizlər olmayacaq - Əliyev