Adil Əliyevə daha bir yüksək vəzifə verildi
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasında Milli Məclisi təmsil edəcək üzv kimi Milli Məclisin Sədr müavini Adil Əliyev təyin edilib.

Bu barədə  Fonddan bildirilib.

Adil Əliyev 2005-2020-ci illər üzrə Milli Məclisin III, IV, V və VI çağırış deputatıdır və 10 mart 2020-ci ildə Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri seçilib. Milli Məclisin Parlamentlərarası İttifaqdakı nümayəndə heyətinin rəhbəri, Azərbaycan-Qazaxıstan parlamentlərarası dostluq qrupunun rəhbəridir. 2009-cu ildən Müstəqil Dövlətlər Birliyinin Müdafiə və təhlükəsizlik komitəsinin sədr müavinidir. Əvvəllər Azərbaycanın daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2019-cu il Sərəncamına əsasən ARDNF-nin Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib.

Sərəncama əsasən, ARDNF-nin yeni tərkibinə Baş Nazir, Milli Məclis sədrinin müavini, Azərbaycan  Prezidentinin köməkçisi – Prezidentin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, Azərbaycan Prezidentinin köməkçisi – Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri, Maliyyə naziri, İqtisadiyyat naziri və Mərkəzi Bankın sədri daxildir.

Milli Məclisin yeni Mətbuat katibi kollektivə
Spiker Sahibə Qafarovanın əmri ilə bu posta tanınmış teleaparıcı Ceyhun Əli təyin edilib.

 Bu barədə  Milli Məclisin mətbuat katibliyindən verilib.

Mətbuat katibliyindən bildirilib ki, Ceyhun Əli bu gün kollektivə təqdim olunub.

Milli Məclisə yeni mətbuat katibi təyin edildi
Milli Məclisə yeni mətbuat katibi təyin olunub.

“BakuPost” xəbər verir ki, Milli Məclisin spikeri Sahibə Qafarovanın əmri ilə bu posta tanınmış teleaparıcı Ceyhun Əli təyin edilib. Bu gün ərzində o, kollektivə təqdim olunacaq.

Maraqlıdır ki, bir neçə gün əvvəl bu vəzifəyə AzTV-nin aparıcısı Elnar Məmmədlinin təyin edilməsi ilə bağlı məlumat yayılmışdı.
Məsələ ilə bağlı Elnar Məmmədli “BakuPost”a bildirib ki, xəbərlər yayılsa da, onun təyinatı ilə bağlı rəsmi qərar olmayıb.

İmişlinin deputatı rayondakı  HƏBSLƏRDƏN DANIŞDI“Rüşvətxorluq və korrupsiyaya qaşrı aparılan mübarizəyə mövqeyim birmənalıdır. Ona görə də Prezident tərəfindən korrupsiya və rüşvətxorluğa qarşı başladılan, bütün ölkəni əhatə edən bu siyasəti dəstəkləyirəm”.

 Bunu “Ölkə.Az”a açıqlamasında İmişlinin deputatı Razi Nurullayev  DTX-nın İmişlidə həyata keçirdiyi əməliyyatı nəticəsində  RİH başçısı Vilyam Hacıyevin saxlamasına mövqeyini açıqlayarkən deyib:

"İstəyirəm, Azərbaycanda şəffaflıq və abadlıq hökm sürsün, vətəndaşların hüquqları ən yüksək səviyyədə təmin olunsun: “Həyata keçirilən əməliyyata gəldikdə isə onu deyə bilərəm ki, bununla bağlı artıq müvafiq qurumlar araşdırmalar aparır”.

Son günlərdə  ölkə başçısı tərəfindən fəaliyyətində ciddi nöqsanlara yol verən RİH başçılarına qarşı  həyata keçirilən əməliyyatlar barədə mövqeyini açıqlayan R. Nurullayev hesab edir ki, korrupsiya və rüşvətxorluğa qarşı başladılan proses müsbət bir sonluqla nəticələnəcək: “Bu proses ölkədə inkişafa  öz müsbət təsirini göstərəcək”.

 O əlavə edib ki, prosesin uğurla başa çatması kadr siyasətindən də asılıdır: “Müasir dünya görüşünə malik, dövlətçiliyə  bağlı kadrların irəli çəkilməsi başladılan prosesi sürətləndirəcək. 

Bu məsələ ilə bağlı  xüsusi bir məqamı da qeyd edim ki, biz bu məsələləri önə çəkmişik və  bu məsələlərdə  iqtidar-müxalifət arasında əməkdaşlığın daimi inkişaf etdirilməsinin tərəfdarı olmuşuq”- deputat bildirib.

R. Nurullayev hesab edir ki, bu gün ölkədə yeni bir siaysi dönəm başlayıb və   bu mərhələdəki proseslərdə  iqtidar müxalifət birlikdə iştirak etməlidir: “Belə olarsa aparılan siyasət müsbət nəticə verə bilər. Biz buna hazırıq. Siyasi sahədə islahatlar  gedir. Danışıqlar gedir, ciddi yeniliklər var. Ümid edirəm ki, həyata keçirilən islahatlar  öz müsbətnəticəsini verəcək”.

Generallar cəbhəboyu zonada
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Azərbaycan Ordusunun şəxsi heyətinin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində aparılan islahatlar çərçivəsində cəbhəboyu zonada tikintisi yekunlaşmaqda olan hərbi hissədə olublar.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, hərbi hissədə şəxsi heyətin yaşayışı və xidməti-döyüş tapşırıqlarının icrasını təmin etmək üçün lazımi şərait yaradılacaq.

Yeni inşa edilən hərbi hissədə aparılan tikinti işlərinin gedişatını yoxlayan Müdafiə naziri inşaat işlərinin keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.

Spiker keçmiş deputatı təqaüdə göndərdi
Keçmiş deputat Rifət Ağalarov Milli Məclisdəki vəzifəsindən azad olunub.

Oxu.az məlumatına görə, R.Ağalarov parlamentin Komitə və komissiyalar ilə iş şöbəsinin müdir müavini idi.

R.Ağalarov təqaüdə göndərilib.

Bildirək ki, bundan əvvəl Milli Məclis sədri Sahibə Qafarovanın sərəncamı ilə Komitə və komissiyalarla və Vətəndaşların qəbulu və müraciətlərilə iş şöbələri ləğv olunaraq Ümumi şöbəyə birləşdirilmişdi.

Qeyd edək ki, R.Ağalarov ikinci çağırış Milli Məclisin deputatı olub.

İcra başçıları həbs olunan rayonlarda hüquq-mühafizə orqanları da məsuliyyət daşıyır.

Bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

 Onun sözlərinə görə,  icra başçıları həbs olunan rayonlarda baş verənlərə görə həmin rayonun hüquq-mühafizə orqanlarının məsuliyyəti var. “Çünki onlar zamanında rayonlarda baş verən qanunsuzluqlara bağlı məlumatı yuxarı adiyyatı qurumlara və ölkə başçısına yazıb hesabat verməli idilər. Əgər vaxtında belə hesabatlar və məlumatlar  ölkə başçısına daxil olsaydı, vəziyyət bu həddə çatmazdı. Ona görə də hesab edirəm ki,  bu işdə həmin rayonların hüquq-mühafizə orqanlarının rəhbərləri məsuliyyət daşıyır.  Odur ki, icra başçıları ilə yanaşı,  həmin rayonlaırn hüquq-mühafizə orqanları məsuliyyətə cəlb olunaraq cəzalandırılmalıdır”- deputat bildirib.

İlham Əliyev 20 milyonluq sərəncam imzaladı
Prezident İlham Əliyev Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin (siyahı əlavə olunur) tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.17.1-ci yarımbəndində göstərilmiş 20,0 (iyirmi) milyon manat Bakı Şəhər İcra Hakimiyyətinə ayrılır.

Maliyyə Nazirliyi nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.


Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Musavat TV-nin canlı yayımında bu gün DTX tərəfindən saxlanılan qohumu, İmişlinin icra başçısı Vilyam Hacıyev barədə sərt fikirlər səsləndirib:

"Vilyam Hacıyev bu vəzifəyə layiq deyildi. İnsan keçmişinin unutmamalı, tez qudurmamalıdır. İnsan öz zəhmətiylə irəli getməlidir. Ona çörək verənə saymamazlıq bu nəticəyə çıxarır. Vaxtında Vilyam Hacıyevi tənqid edəndə mən qınayırdılar ki, danışma. Neçə illərdir onun haqqında danışmamağımı istəyirdilər. O, Samuxda işləyəndə də demişəm və ona görə başım ağrı çəkib. Bəzi nazirlər mənə xəbərdarlıq edirdilər ki, onun barəsində danışma". 

Qeyd edək ki, V.Hacıyevin bu dəqiqələrdə DTX əməliyyatçıları tərəfindən saxlanılıb.

“Azərbaycanda çox ciddi dəyişiklik prosesi getməkdədir. Ölkə başçısı bundan öncə də hansısa kadrı təyin edəndə ona müvafiq tapşırıqlar verirdi, ancaq son zamanlarda yeni taktikaya üstünlük verib. Ölkə başçısı son dövrlərdə yeni üsul tapıb. Prezident yeni kadr təyin edəndə ona verdiyi tapşırıqları ictimaiyyətə çatdırır və bununla da vətəndaş bilir ki, icra başçısından və digər məmurdan nəyi tələb edəcək”.

Bunu deputat Fazil Mustafa Milli Məclisin plenar iclasında deyib.

Onun sözlərinə görə, son zamanlarda  icra başçılarının həbsi ilə bağlı məsələ ortaya çıxanda bir şeyi müşahidə etdik. “Müşahidə etdik yerlərdə icra başçıları saxta yolla sahibkarların və vətəndaşların torpaqlarını ələ keçiriblər.  Əgər bu gün sahibkarlar ayaq üstə qalıblarsa, onların bu fəaliyyətini qəhrəmanlıq kimi dəyərləndirmək lazımdır. Bütün bu halların qarşısının alınması üçün ölkədə ədalətli məhkəmə sistemi yaradılmalıdır.  Ədalətli məhkəmə sistemi yaradılmadan  həyata keçirilən digər islahatlarən nəticəsi olmayacaq”- F. Mustafa bildirib.