Deputat bildirib ki, Azərbaycan Prezidentinin “nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” deyə səsləndirdiyi fikirlər sözün əsl mənasında real siyasi proseslərdə özünü təsdiq etdi: “Bununla da xalqımız dərin strateji dividentlər qazandı.
Cəmi bir neçə gün öncə Rusiya sülhməramlılarının hələ də Azərbaycanda qalması ilə bağlı çoxsaylı müzakirələr aparılırdı. Xüsusilə Azərbaycanı sevməyən qüvvələr, xaricdə olan anti-azərbaycançı mərkəzlər bunu Azərbaycanda Rusiyanın hərbi iştirakı kimi qələmə verməyə çalışırdılar. Amma bu gün yaşadığımız gerçəkliklər bir daha göstərir ki, “nəyi, necə, nə zaman etməyi, sözün həqiqi mənasında Azərbaycanda olan ali strateji ağıl dəqiq bilir və atılan addımlar xalqımızın gücünü artırır”.