Son xəbərlər

 

28 dekabr 2021-ci il tarixində saat 19:00 da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında "Gənclərə dəstək" layihəsi çərçivəsində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və "Yeni ilə" həsr olunmuş "Qış nağılı" adlı konsert keçiriləcək.

 

İstedadlı gənc solistlər - Müslüm Rzayev (klarnet), Səid Vəlizadə (piano), Şəmistan Əliyev (klarnet), Xədicə Hacılı (violin), Əli Vəliyev (piano), Elmira Dadaşova (violin), Aytac Vəlizadə (piano), Toğrul Abdullayev (violin), Nuranə Əliyeva (piano),  Məhəmməd Allahverdiyev (piano), Sabir Quliyev (qarmon), İluzər İbrahimzadə (piano), Nigar Həsənli (piano), İnci Vəlizadə (piano), Məsumə Əliyeva (fleyta), Şəms Əlili (viola), Nuray İsmayılova (vokal), Sevgim Musazadə (bəstəkar) müxtəlif əsərlər səsləndirərək dinləyicilərin qarşısına çıxacaq. Eləcə də bədii rəhbər, dosent Leyla Zalıyevanın rəhbərliyi ilə Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət "Şəmsi Qəmər" kamera xoru da "Qış nağılı" adlı konsertdə iştirak edəcək.
Konsertdə - Azərbaycan, rus və qərbi-avropa bəstəkarlarının əsərləri səslənəcək.

Qeyd edək ki, bu il "Gənclərə dəstək" layihəsi 5 illiyini qeyd edir. Onun əsas vəzifəsi ölkədə gənc istedadların üzə çıxarılması və dəstəklənməsidir. Bundan əlavə, məqsədləri: dünya və yerli musiqi mədəniyyəti ənənələrinin qorunub saxlanılması və inkişafıdır.

Layihə çərçivəsində təqdim olunan proqramlar müxtəlif zövqlərə malik çox geniş auditoriyaya - yüksək akademik üslubun bilicilərinə, muğam, caz, estrada, eləcə də xor musiqisi həvəskarlarına ünvanlanıb.

"Gənclərə dəstək" layihəsi Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Xalq artisti, professor, tanınmış piano ifaçısı Murad Adıgözəlzadə,koordinator musiqişünas Ayla Kərimova-Zəkəriyyənin təşəbbüsü və Azərbaycan Respublkası Mədəniyyət Nazirliyinin dəstəyi ilə 15 noyabr 2016-cı ildə yaradılmışdır. Layihənin ilk konserti "Multikulturalizm ili" çərçivəsində keçirilmişdir. "Gənclərə dəstək" layihəsi çərçivəsində konsertlər mütəmadi olaraq hər ay bir neçə dəfə həm Filarmoniya həm də Kamera və Orqan Musiqi Zalının səhnəsində keçirilir.

Bu günə qədər keçirilən konsertlərin hər biri geniş tamaşaçı auditoriyasının diqqətini cəlb edir və rəğbətini qazanir. Layihədə iştirak etmək üçün, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyasının, A. Zeynallı adına Musiqi Kollecinin tələbələri və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin, AMK tərkibində İncəsənət gimnaziyasının şagirdləri cəlb olunmuşdurlar. Layihənin hər bir konserti müxtəlif mövzulara həsr olunur.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.Az

03 May 2024 Azərbaycanlı aktyor Rusiyada seriala çəkildi
02 May 2024 Türk dövlətlərinin iştirakı ilə Molla Nəsrəddin haqda film çəkiləcək
26 Aprel 2024 Komissar Mesut yenidən “Arka sokaklar”da - Video
21 Aprel 2024 Bu verilişlər bu tarixdə bağlanır - Qərar
20 Aprel 2024 Cavanşir Məmmədov dünyasını dəyişdi
18 Aprel 2024 Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olacaq
18 Aprel 2024 Rəqsanənin əmlaklarına həbs qoyuldu
17 Aprel 2024 Hadı Rəcəblinin qızı: “Dünən paltarlarını hazırlamışdı, qismət olmadı...”
16 Aprel 2024 Miyazakinin röyasi. Mystery Ensemble
16 Aprel 2024 Muzey Mərkəzində Pərviz Abbasovun “Biz kimik, məclis onun məclisidir” adlı fərdi sərgisi açılacaq
16 Aprel 2024 Anar Vəziroğlu ÖZÜNDƏN ÇIXDI: “Səhnəyə lüt çıxırlar"
10 Aprel 2024 Fizika üzrə Nobel mükafatçısı vəfat etdi
10 Aprel 2024 “Malhun Hatun” “Kuruluş Osman”ı tərk edir
09 Aprel 2024 Mənsum İbrahimov: Şükür bugünə, qayıdırıq - Video
08 Aprel 2024 Oqtaydan sonra ömrüm boyu belə olacaq - Dilarə
07 Aprel 2024 Ahmet Kural ata oldu
07 Aprel 2024 Tanınmış aktyor "Kuruluş Osman"da - Foto
06 Aprel 2024 Rahidə atasından danışıb, ağladı: “Uşaqlığımda əzabdan başqa heç nə olmayıb" - VİDEO
03 Aprel 2024 Məşhur aktyora ağır itki - FOTO
03 Aprel 2024 Məmməd İsmayıl əməliyyat olundu
01 Aprel 2024 "Seçkilərdə uduzdum, evlənirəm" - FOTO
31 Mart 2024 "Mətbəx"in aktyoru vəfat etdi
30 Mart 2024 Nazir onlara vəzifə verdi
28 Mart 2024 Əməkdar artist vəfat etdi - Foto
27 Mart 2024 Bakıda Rusiya Kino Günləri keçiriləcək
27 Mart 2024 Taxta parçası 719 min dollara satıldı
14 Mart 2024 Təbrizdə “Yaşa, Azərbaycan” sədası yüksəldi – Video
10 Mart 2024 “Kim milyoner olmak ister”də Azərbaycan bayrağı ilə bağlı SUAL - VİDEO
10 Mart 2024 Zafer Algözə ağır itki
10 Mart 2024 Kayhan Yıldızoğlu vəfat etdi