Son xəbərlər

 

Vətəndaş zamin durduğu şəxsin borc məbləğini xəbərsiz artırmasından şikayətçidir.

 

O, sosial media hesabında paylaşım edərək bildirib ki, zamin durduğu şəxs ondan xəbərsiz əlavə 30 min manat kredit götürüb:

"Zamin durduğum şəxs məndən xəbərsiz kredit məbləğini artırıb. İki ay əvvəl baxanda 5-6 min borc qalmışdı. Lakin dünən baxanda gördüm ki, bank tərəfindən mənim xəbərim olmadan şəxsə 30 min manat yenidən kredit verilib".

Maraqlıdır, bəs görəsən, zaminin xəbəri olmadan bank şəxsə əlavə borc verə bilərmi?

Axar.az xəbər verir ki, mövzu ilə bağlı Oxu.az-ın suallarını cavablayan bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov bu məsələnin kredit müqaviləsi əsasında tənzimləndiyini bildirib:

"Kredit müqaviləsi şərtləri əsasında şəxs 5-6 min manatlıq borca zamin durubsa, onun icazəsi olmadan əlavə borc götürülə bilməz. Lakin kredit müqaviləsində qeyd olunan şərtlər içərisində 30 min manata qədər kredit götürülə bilmə bəndi qeyd olunubsa, zamin bu zaman həmin borca görə öhdəlik daşıyır. Bu halda şəxs zamin olmadan da kredit məbləğini artıra bilər. Zamin isə öhdəlikdən boyun qaçıra bilməz".

Hüquqşünas qeyd edib ki, vətəndaşlar kredit götürərkən kredit müqaviləsində şərtlərin konkret göstərilməsinə diqqət yetirməlidirlər:

"Kredit müqaviləsi bağlanarkən şərtlər konkret olmalıdır. Zaminlik öhdəliyinə xitam verilmə o zaman ola bilər ki, əsas öhdəliyə, yəni kredit müqaviləsinə zaminin razılığı olmadan hər hansı dəyişiklik edilsin. Bu dəyişikliklər zaminin marağına zidd olar və razılıq verməsə, dəyişiklik edilə bilməz. Dəyişiklik deyəndə biz yalnız məbləğin artırılmasını nəzərdə tutmuruq, bura faizlər və kredit müddətinin uzadılmasını da aid etmək olar".

23 Dekabr 2024 “Rabitəbank”dan yenilik, taksit funksiyalı Kartmane kartı
16 Dekabr 2024 Azərbaycanda siyasi partiyalara maliyyə yardımı artırılır
13 Dekabr 2024 "Yelo Bank”da 516 milyonluq depozit yoxa çıxdı
13 Dekabr 2024 Azərbaycanda məmurdan inanılmaz fırıldaq
13 Dekabr 2024 Onlara da əmək pensiyası veriləcək
11 Dekabr 2024 Minsk diplomata edilən 100 minlik təklifə reaksiya verdi
11 Dekabr 2024 Universitetlərimiz reytinqdə niyə yüksələ bilmir?
10 Dekabr 2024 Sevindirici xəbər: Pensiya kapitalını birdəfəlik ala bilərsiniz
06 Dekabr 2024 Daha 4 şirkət xidmətlərini SİMA vasitəsilə rəqəmsallaşdırdı
06 Dekabr 2024 “Bank Respublika” “2025-ci il üçün 25% endirim” kampaniyasına start verdi
04 Dekabr 2024 Şad xəbər: Yeni ildən bu sahədə xərclərin 50%-i geri qaytarılacaq
03 Dekabr 2024 “Elektron Hərrac Portalı” istifadəyə verildi
03 Dekabr 2024 Kənd yumurtasının qiyməti niyə bahalaşdı?
29 Noyabr 2024 “Yelo kart”ın dekabr üçün cashback fürsətləri!
29 Noyabr 2024 “AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə verib
29 Noyabr 2024 “Kontakt”da “böyük cümə”yə özəl 70%-dək endirim
28 Noyabr 2024 Depozitə maksimal sığortalı gəlir faizi
28 Noyabr 2024 Bakıda ev verəcəyi adı ilə 132 min mənimsədi
27 Noyabr 2024 Rubl kəskin ucuzlaşdı
27 Noyabr 2024 “Expressbank”da kredit faizlərinə böyük endirim - 5%-dək
26 Noyabr 2024 Xaricdən alınan diş fırçası ölkədə 6 dəfə baha satılır
21 Noyabr 2024 Uşaqlar üçün yaşayış minimumu artırıldı
19 Noyabr 2024 Nazirdən maaş və pensiya artımı ilə bağlı açıqlama
18 Noyabr 2024 Azərbaycan bu istiqamətə 17 milyard ayıracaq
18 Noyabr 2024 İlin sonuna inflyasiya nə qədər olacaq? – AMB sədri
11 Noyabr 2024 Azərbaycanda bu məhsul kəskin bahalaşdı - Video
06 Noyabr 2024 Trampın qalib gəlməsi ilə İran rialı çökdü
28 Oktyabr 2024 Ət ucuzlaşacaq? - VİDEO
25 Oktyabr 2024 18 təqaüdçüyə 1 milyon vəsait xərclənəcək
21 Oktyabr 2024 Ölkəmizdə kərə yağı kəskin bahalaşdı