Son xəbərlər

 

Bu gün dünya katolikləri Milad bayramını qeyd edirlər.

 

Axar.az xəbər verir ki, xristian aləminin ən əlamətdar və təntənəli mərasimlərindən sayılan Milad bayramı ənənəyə görə İsa Məsihin Vifleyem şəhərində dünyaya gəlməsinin şərəfinə qeyd olunur.

Dünya xristianları mənsub olduqları məzhəblərə görə bu bayramı müxtəlif günlərdə (25 dekabr və 6-7 yanvar) keçirirlər və o hazırda yüzdən artıq ölkədə rəsmi dövlət bayramı sayılır.

Milad bayramı əhalisinin əksəriyyətini xristianların təşkil etdiyi bir çox ölkədə qeyri-iş günü hesab edilir. Ancaq xristian əhalinin çoxluq təşkil etmədiyi Hindistan və Malayziya kimi ölkələrdə bu gün rəsmi tətildir.

Bayramı qeyd edən ölkələrin əksəriyyətində mağazaların çoxu həmin gün bağlı olur. Məsələn, İngiltərədə 25 dekabrda heç bir ictimai nəqliyyat vasitəsi işləmir.

Milad bayramının ən əvəzedilməz atributlarından biri də təbii ki, “Santa Klaus”, yəni Şaxta Babadır. Onun obrazının ilham mənbəyi kimi IV əsrdə yaşamış Müqəddəs Nikolas qəbul edilib.

Xarici ölkələrdə bayram hazırlığı bir neçə ay əvvəldən başlayır, böyük şövq və təntənə ilə həyata keçirilir. Bu ərəfədə evlərdə və müxtəlif ictimai məkanlarda şam ağacları bəzədilir və küçələr işıqlandırılır. Milad ərəfəsi şam ağacı bəzəmək adətinin ilk dəfə XVI əsrdə Almaniyada meydana gəldiyi və Avropaya buradan yayıldığı güman edilir.

Ənənəvi Milad süfrəsini hindtoyuğu və tərəvəz bəzəyir. Bununla belə, bayram süfrəsinə düzülən təamlar ayrı-ayrı xalqların adət-ənənəsini də özündə əks etdirir. Belə ki, Siciliyada bayram masasına 12 növ balıq qoyulur. Birləşmiş Krallıq və onun adətlərindən təsirlənmiş ölkələrdə süfrədə hindtoyuğu, qaz əti, ət suyu, kartof və tərəvəzlər olur. Süfrə üçün xüsusi desertlər də hazırlanır ki, bunlardan da başlıcası Milad pudinqi, şirin peçenyelər və meyvəli piroqlardır.

Qeyd edək ki, Azərbaycanda katolik kilsəsində hər il Milad bayramında dua oxunur. Prezident İlham Əliyev hər il Milad bayramında katolikləri təbrik edir.

25 Dekabr 2024 Numan Qurtulmuş Sahibə Qafarovaya başsağlığı verdi
25 Dekabr 2024 Nazirlikdən təyyarə qəzası ilə bağlı açıqlama
25 Dekabr 2024 Qəzada yaralanan rusiyalılar Moskvaya aparılacaq
25 Dekabr 2024 Səudiyyə təyyarə qəzası ilə bağlı bəyanat yaydı
25 Dekabr 2024 Təyyarə qəzası ilə bağlı son məlumatlar açıqlandı - Rəsmi
25 Dekabr 2024 Baş prokurorun müavini hadisə yerindədir - AZAL
25 Dekabr 2024 Minsk Qrupu üzvləri 3 ildir əlaqələri kəsiblər
25 Dekabr 2024 Hadisə yerindən yeni görüntülər yayıldı - Video
25 Dekabr 2024 Qəzaya uğrayan təyyarənin texniki yoxlanışı nə vaxt olub?
25 Dekabr 2024 Qəzada həlak olanların identifikasiyası üzrə işlər aparılır
25 Dekabr 2024 Qəzada yaralanan vətəndaşlar barədə məlumat yoxdur
25 Dekabr 2024 Kobaxidze İlham Əliyevə başsağlığı verdi
25 Dekabr 2024 Qəzaya uğrayan təyyarənin üç ekipaj üzvü sağ qaldı
25 Dekabr 2024 Rumen Radev təyyarə qəzasından yazdı
25 Dekabr 2024 Baş Prokurorluq qəzada zərərçəkmişlərlə bağlı məlumat yaydı
25 Dekabr 2024 Ölənlərin nəşi və yaralılar nə vaxt ölkəyə gətiriləcək?
25 Dekabr 2024 Buna görə Azərbaycana etiraz etməyəcəyik - Bozumbayev
25 Dekabr 2024 Qəzaya uğrayan təyyarədə atəş izlərinin olmasına reaksiya
25 Dekabr 2024 Hücum varsa, Rusiya hava məkanını niyə bağlamır?
25 Dekabr 2024 "Tik Tok"da partlayıcı maddələr düzəldən 21 yaşlı gənc belə saxlanıldı VİDEO
25 Dekabr 2024 Paşinyan qəza ilə bağlı Azərbaycana başsağlığı verdi
25 Dekabr 2024 Pezeşkian erməni ailələrinə baş çəkdi
25 Dekabr 2024 Təyyarə qəzası: Yardım göstərməyə hazırıq! - İsrail -
25 Dekabr 2024 Şahbaz Şərif Azərbaycana başsağlığı verdi
25 Dekabr 2024 Qəzada olan sərnişinlərin ailə üzvləri üçün qaynar xətt yaradıldı
25 Dekabr 2024 Sadır Japarov İlham Əliyevə başsağlığı verdi
25 Dekabr 2024 Lukaşenko İlham Əliyevə başsağlığı verdi
25 Dekabr 2024 Pezeşkian İlham Əliyevə başsağlığı verdi
25 Dekabr 2024 Ərsin Tatardan təyyarə qəzasına reaksiya
25 Dekabr 2024 Təyyarə qəzası: Yardıma ilk onlar qaçdı - Foto