Bolqarıstan Prezidenti Rumen Radev Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.
Axar.az xəbər verir ki, bu barədə Bolqarıstan lideri X sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Bolqarıstan Qazaxıstanda Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlar üçün kədərlənir. Bu faciəvi hadisədə həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralıların tezliklə sağalmasını arzulayıram”, - Radev yazıb.