Paşinyanın bu yola əl atıb, Sankt-Peterburqa getməməsinə səbəb kimi Rusiya-Ermənistan münasibətləri olduğunu düşünürəm.

 

Axar.az xəbər verir ki, bu sözləri politoloq, sabiq xarici işlər naziri Tofiq Zülfiqarov Paşinyanın MDB-nin Sankt-Peterbirqda keçirilən sammitinə “koronovirusa yoluxduğu üçün” getməməsi barədə xəbəri şərh edərkən deyib.

Politoloq bildirib ki, Ermənistanın Qərbdən dəstək almaq fikri var:

“Görünür ki, Ermənistan Rusiyanın maraqlarına uyğun addım atmır. Ancaq Rusiyanın Ermənistanda hərbi bazaları hələ də qalır və bu, təhlükəsizliyini təmin edən əsas faktordur. Eyni zamanda da Ermənistan iqtisadi baxımdan Qərbdən yardım almaq istəyir və həmin istəklərinə də nail olmağı bacarır”.

Tofiq Zülfiqarov əlavə olaraq deyib ki, Paşinyanın bu addımını Azərbaycan-Ermənistan münasibətləri ilə əlaqələndirmək doğru deyil:

“Əslində bizim mövqeyimiz Ermənistan-Azərbaycan danışıqlarının birbaşa aparılmasıdır. Ona görə də Ermənistan baş nazirinin bu addımını Azərbaycan-Ermənistan mövzusuna bağlamağı doğru hesab etmirəm”.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın COVİD-19 testinin nəticəsi müsbət çıxdığı üçün MDB ölkələrinin liderlərinin Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammitində iştirak etmədiyini bildirməsi birmənalı qarşılanmayıb.

26 Dekabr 2024 Azərbaycanlı qardaş və bacılarımıza başsağlığı verirəm
26 Dekabr 2024 Qəzada həlak olan Azərbaycan vətəndaşları - Siyahı
26 Dekabr 2024 Lavrov: Ukraynaya atəşkəs buna görə lazımdır
26 Dekabr 2024 Pezeşkian İlham Əliyevə zəng etdi
26 Dekabr 2024 Biz dünya ilə vuruşmamalıyıq - Pezeşkian
26 Dekabr 2024 Qəzada həlak olan pilot iki aya təqaüdə çıxmalı idi, lakin...
26 Dekabr 2024 Qəzanın pərdəarxası: Təyyarəyə raket zərbəsi endirilib?
26 Dekabr 2024 Szinpin İlham Əliyevə başsağlığı verdi
26 Dekabr 2024 Filemon Yanq Azərbaycana başsağlığı verdi
26 Dekabr 2024 Sosis ilə mədə xərçəngi arasında əlaqə sübut edildi
26 Dekabr 2024 Bu gün Azərbaycanda matəmdir
26 Dekabr 2024 İsrail bir neçə ilə yox olacaq – Fədavi
26 Dekabr 2024 2025-də dünyanın 3 əsas münaqişə ocağı...
26 Dekabr 2024 Aktaudakı qəzada xəsarət alan 9 rusiyalı təxliyə edildi
26 Dekabr 2024 Aviasiya analitiklərindən şok versiya: Raket zərbəsi...
26 Dekabr 2024 Qusarlı bacı-qardaş təyyarə qəzasında həlak olublar
26 Dekabr 2024 Qazaxıstanın Bakıdakı səfirliyində xatirə kitabı açılacaq
25 Dekabr 2024 Numan Qurtulmuş Sahibə Qafarovaya başsağlığı verdi
25 Dekabr 2024 Nazirlikdən təyyarə qəzası ilə bağlı açıqlama
25 Dekabr 2024 Qəzada yaralanan rusiyalılar Moskvaya aparılacaq
25 Dekabr 2024 Səudiyyə təyyarə qəzası ilə bağlı bəyanat yaydı
25 Dekabr 2024 Təyyarə qəzası ilə bağlı son məlumatlar açıqlandı - Rəsmi
25 Dekabr 2024 Baş prokurorun müavini hadisə yerindədir - AZAL
25 Dekabr 2024 Minsk Qrupu üzvləri 3 ildir əlaqələri kəsiblər
25 Dekabr 2024 Hadisə yerindən yeni görüntülər yayıldı - Video
25 Dekabr 2024 Qəzaya uğrayan təyyarənin texniki yoxlanışı nə vaxt olub?
25 Dekabr 2024 Qəzada həlak olanların identifikasiyası üzrə işlər aparılır
25 Dekabr 2024 Qəzada yaralanan vətəndaşlar barədə məlumat yoxdur
25 Dekabr 2024 Kobaxidze İlham Əliyevə başsağlığı verdi
25 Dekabr 2024 Qəzaya uğrayan təyyarənin üç ekipaj üzvü sağ qaldı