Bu gün Azərbaycanda matəmdir.

 

Axar.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib.

Qeyd edək ki, 25 dekabr tarixində Azərbaycan Hava Yolları aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

Qəzanın səbəbləri araşdırılır.

Təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

İlkin məlumata əsasən, 32 nəfərin sağ qaldığı müəyyən edilib. Aralarında vəziyyəti ağır olanlar var.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun sədrliyi ilə dövlət komissiyası yaradılıb. Azərbaycan Respublikasının Prezidentinin tapşırığına uyğun olaraq, faciəvi qəza ilə əlaqədar, Azərbaycan Respublikasının fövqəladə hallar naziri, eləcə də rəqəmsal inkişaf və nəqliyyat nazirinin rəhbərlik etdiyi heyət Qazaxıstandadır.

Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiya Federasiyasına səfərə yola düşən Prezident İlham Əliyevə Rusiya hava məkanında olarkən baş vermiş təyyarə qəzası haqqında məruzə edilib və dövlət başçısı dərhal geri dönmək barədə tapşırıq verib. Təyyarə endikdən dərhal sonra Prezident İlham Əliyev hadisə ilə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportunda müşavirə keçirib.

26 Dekabr 2024 Azərbaycanlı qardaş və bacılarımıza başsağlığı verirəm
26 Dekabr 2024 Qəzada həlak olan Azərbaycan vətəndaşları - Siyahı
26 Dekabr 2024 Lavrov: Ukraynaya atəşkəs buna görə lazımdır
26 Dekabr 2024 Pezeşkian İlham Əliyevə zəng etdi
26 Dekabr 2024 Biz dünya ilə vuruşmamalıyıq - Pezeşkian
26 Dekabr 2024 Qəzada həlak olan pilot iki aya təqaüdə çıxmalı idi, lakin...
26 Dekabr 2024 Qəzanın pərdəarxası: Təyyarəyə raket zərbəsi endirilib?
26 Dekabr 2024 Szinpin İlham Əliyevə başsağlığı verdi
26 Dekabr 2024 Filemon Yanq Azərbaycana başsağlığı verdi
26 Dekabr 2024 Sosis ilə mədə xərçəngi arasında əlaqə sübut edildi
26 Dekabr 2024 Paşinyanın “kovid” bəhanəsi: Piterə niyə getmədi?
26 Dekabr 2024 İsrail bir neçə ilə yox olacaq – Fədavi
26 Dekabr 2024 2025-də dünyanın 3 əsas münaqişə ocağı...
26 Dekabr 2024 Aktaudakı qəzada xəsarət alan 9 rusiyalı təxliyə edildi
26 Dekabr 2024 Aviasiya analitiklərindən şok versiya: Raket zərbəsi...
26 Dekabr 2024 Qusarlı bacı-qardaş təyyarə qəzasında həlak olublar
26 Dekabr 2024 Qazaxıstanın Bakıdakı səfirliyində xatirə kitabı açılacaq
25 Dekabr 2024 Numan Qurtulmuş Sahibə Qafarovaya başsağlığı verdi
25 Dekabr 2024 Nazirlikdən təyyarə qəzası ilə bağlı açıqlama
25 Dekabr 2024 Qəzada yaralanan rusiyalılar Moskvaya aparılacaq
25 Dekabr 2024 Səudiyyə təyyarə qəzası ilə bağlı bəyanat yaydı
25 Dekabr 2024 Təyyarə qəzası ilə bağlı son məlumatlar açıqlandı - Rəsmi
25 Dekabr 2024 Baş prokurorun müavini hadisə yerindədir - AZAL
25 Dekabr 2024 Minsk Qrupu üzvləri 3 ildir əlaqələri kəsiblər
25 Dekabr 2024 Hadisə yerindən yeni görüntülər yayıldı - Video
25 Dekabr 2024 Qəzaya uğrayan təyyarənin texniki yoxlanışı nə vaxt olub?
25 Dekabr 2024 Qəzada həlak olanların identifikasiyası üzrə işlər aparılır
25 Dekabr 2024 Qəzada yaralanan vətəndaşlar barədə məlumat yoxdur
25 Dekabr 2024 Kobaxidze İlham Əliyevə başsağlığı verdi
25 Dekabr 2024 Qəzaya uğrayan təyyarənin üç ekipaj üzvü sağ qaldı