İslam Respublikası dünya ilə vuruşmamalıdır.
Axar.az xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian Şimali Xorasan əyalətinə səfəri zamanı deyib.
“Biz heç kimlə döyüşmürük. Var gücümüzlə ölkəmizin sərhədlərini və bütövlüyünü qoruyuruq və qoruyacağıq. Eyni zamanda, heç kimə ölkəmizə hücum etmək imkanı verməyəcəyik. İran heç bir ölkənin ərazisinə göz dikməyib”, - Pezeşkian vurğulayıb.