Qazaxıstanın Aktau şəhərində baş verən təyyarə qəzası zamanı yaralanan vətəndaşlarla bağlı hər hansı məlumat yoxdur.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Hava limanlarının mətbuat xidmətinin rəhbəri Nərmin Xəlilova deyib.
O qeyd edib ki, hadisə Qazaxıstan ərazisində baş verdiyi üçün hazırda orada araşdırmalar davam edir:
"Rəsmi qurumlar tərəfindən dəqiq məlumatlar araşdırmanın sonunda ictimaiyyətə təqdim olunacaq".
O əlavə edib ki, zərərçəkənlərin birinci dərəcəli ailələri Baş Prokurorluğun korpusunda qan verirlər. Hazırda oraya 14 nəfər göndərilib.