Son xəbərlər

 

Suriyaya 61 il rəhbərlik edən Əsəd rejiminin devrilməsindən sonra xalqın gizli ünsiyyət qurmaq üçün şifrəli nitqdən istifadə ortaya çıxıb.

 

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “Vaşinqton Post"un məqaləsində qeyd olunur.

Nəşr yazır ki, Baas Partiyasının 61 illik rəhbərliyi dövründə Suriya xalqı öz aralarında belə rahat şəkildə danışmaqdan çəkinib. Hökumət xalq arasında sadə vətəndaşlara casusluq təklif edib, pul qarşılığında ölkənin idraəçiliyindən narazı olanların adlarını alaraq onlara təzyiq göstərib. Suriya əhalisi öz evlərində oturarkən da narahatlıq keçirib. İnsanlar taksiyə minərkən, küçədə gəzərkən belə dinlənildiklərini düşünüb və qorxublar. Çox sayda vətəndaş pula görə casusluğu qəbul etdiyi üçün insanlar öz ailələrinə belə güvənməməyə başlayıblar.

Qəzetin məlumatına görə, bu vəziyyət səbəbindən Suriya xalqı öz fikirlərini ifadə edə bilmək üçün illər ərzində xüsusi şifrəli danışıq hazırlayıb. Əsəd dəstəkçilərindən qorxduğu üçün nəşrə müsahibəsində sadəcə adını açıqlayan 49 yaşlı Meysun adında Suriya vətəndaşı hər kəsin hökumətdən çəkindiyini bildirib. Onun sözlərinə görə, insanlar öz aralarında danışarkən hökumətin adını çəkirdilərsə, barmaqları ilə sadəcə yuxarını işarə edərdilər. Əgər xalq kiminsə Əsədə casusluq etdiyini düşünürdüsə, onun haqqında, “Bu şəxsin əl yazısı gözəlmiş” cümləsini deyərək bir-birini xəbərdar edib.

Dəməşqdə böyüyən və Dubayda yaşayan 60 yaşlı Thabet Birro internetdə Əsəd rejimi ilə bağlı paylaşımlarında qorxudan öz adını belə düzgün yaza bilmədiyini deyib:

“Artıq rahatlıqla öz adımdan istifadə edirəm. Bu, çox qəribədir. Suriyada yaşadığımız illərdə “dollar”ın adını çəkmək belə qadağan idi. Ona “yaşıl” deyirdik. Hüquq mühafizə orqanlarından kimsə vəziyyəti anlayanda isə “göyərti” və “nanə” deyib mövzunu dəyişirdik”.

Qeyd edək ki, Baas Partiyasının hakimiyyəti dövründə Suriyada bir çox qarışıqlıqlar yaşanıb və çox saytda yerli sakin günahsız yerə həlak olub.

25 Dekabr 2024 Təyyarə qəzası məni çox kədərləndirdi - Budris
25 Dekabr 2024 Misir də təyyarə qəzasına biganə qalmadı
25 Dekabr 2024 Putin FHN-in təyyarəsini Aktauya göndərdi
25 Dekabr 2024 Ukrayna Aktaudakı təyyarə qəzasını araşdırır - Səfir
25 Dekabr 2024 Qəza anında kəlmeyi-şəhadət gətirən sərnişin sağ qaldı - Video
25 Dekabr 2024 Kiyev NATO-ya üzv olmasa, Rusiyaya hücum edəcək - Kuleba
25 Dekabr 2024 Haniyənin qətli: İran BMT-yə müraciət etdi
25 Dekabr 2024 Kadırov: Təyyarə qəzasından 25 nəfər sağ çıxıb
25 Dekabr 2024 Qazaxıstan FHN təyyarə qəzası ilə bağlı qaynar xətlər açdı
25 Dekabr 2024 Fransa bu qitəni Çinə uduzur – Paris üçün daha bir fiasko
24 Dekabr 2024 Məktəbdə şagirdlərin başına kağız keçirdilər - Qalmaqal qopdu - VİDEO - FOTO
24 Dekabr 2024 Bizə buna görə misli görünməmiş təzyiqlər edildi
24 Dekabr 2024 Ərdoğan dostumuzdur, Putin isə vicdanlı... - Orban
24 Dekabr 2024 Misirdə Sisi əleyhinə etirazlar başladı - Video
24 Dekabr 2024 Tramp və Putin üçün görüş yeri: Bakı... - Markov
24 Dekabr 2024 Bu, İran üçün böyük fəlakət olacaq
24 Dekabr 2024 Sərkisyanın ABŞ-dakı əmlakına həbs qoyulur
24 Dekabr 2024 Pezeşkian xalqdan üzr istəyən ilk prezident oldu
24 Dekabr 2024 Qatil sürülərinin qarşısı alınacaq
24 Dekabr 2024 Biz həyat uğrunda mübarizə aparırıq, o, pul...
24 Dekabr 2024 Ona dedim ki, Türkiyənin AB üzvlüyü üçün... - Ərdoğan
24 Dekabr 2024 İsrail etiraf etdi: Onu biz öldürmüşük!
23 Dekabr 2024 İstanbul aeroportunda maraqlı hadisə - Video
23 Dekabr 2024 Putin xarici səfərlərə hazırlaşır - Peskov
23 Dekabr 2024 Suriyanın yeni müdafiə naziri onlara xəbərdarlıq etdi
23 Dekabr 2024 Məhbus fəalın həyatı təhlükədədir
23 Dekabr 2024 Göz qabağındadır, AB müharibəni uduzdu - Orban
23 Dekabr 2024 LGBT-ni tamamilə məhv edəcəm - Tramp
23 Dekabr 2024 Əmr verəcəm ki, Dəmir Qübbənin istehsalına başlasınlar
23 Dekabr 2024 Anons edildi: İsrail daha bir ölkəyə hücuma hazırlaşır?