Son günlər Aztelekom MMC-nin yeni tariflərindən imtina edən internet abunəçilərinə 130 manat cərimə kəsildiyi iddia olunur.

 

Maraqlıdır, iddia doğrudursa, vətəndaşlara niyə seçim haqqı verilmir? 25 manatı ödəyə bilməyən vətəndaş 130 manatı necə ödəyəcək?

Axar.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.az-a Aztelekom MMC-nin Mətbuat Xidmətindən bildirilib ki, abunəçilərlə münasibətlər müvafiq telekommunikasiya xidmətlərinin göstərilməsi barədə müqaviləyə və qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən tənzimlənir.

"Belə ki, müqavilə şərtləri və mövcud qanunvericiliyin tələbləri nəzərə alınmaqla abunəçi yeni tariflərin tətbiq edilməsi ilə bağlı xidmətlərdən imtina etmək istədiyi təqdirdə, yeni tariflərin tətbiq edildiyi gündən 30 gün müddətində yazılı şəkildə müraciət etməklə telekommunikasiya xidmətini dayandıra bilər. Bu halda xidmətlərdən imtina ilə bağlı abunəçidən ONT modeminin geri qaytarılması istənilir və həmin avadanlığın dəyəri tələb edilmir.

Tariflərin tətbiq edildiyi 15 avqust 2024-cü il tarixindən etibarən 30 gün müddətində abunəçinin yazılı müraciəti əsasında internet xidmətindən imtina etməsi keçərlidir. Abunəçi ONT modemi saz vəziyyətdə geri qaytardığı halda təqdim edilmiş avadanlığın dəyəri tələb edilmir. Tarif dəyişikliyi ilə bağlı xidmətdən imtina edən abunəçilər filiallara yaxınlaşaraq ərizə ilə müraciət etməlidirlər", - məlumatda vurğulanıb.

Əlavə olunub ki, tariflərin tətbiq edildiyi tarixdən 30 gün ərzində xidmətdən imtina ilə bağlı yazılı müraciətin edilməməsi abunəçi ilə yeni tariflər barədə razılaşmanın əldə edilməsi kimi qiymətləndirilir:

"Müəyyən edilmiş müddət keçdikdən sonra qiymət dəyişikliyinə əsaslanaraq xidmətdən imtina edilməsi müqavilə üzrə razılaşdırılmış öhdəliyin pozulması hesab ediləcək".

Qurumdan, həmçinin, istifadəçilər üçün qaydalar barədə də məlumat verilib.

"Aztelekom"un optik şəbəkəsinə qoşulmaq istəyən istifadəçilər üçün qaydalar​ bu cürdür:

- 12 aylıq güzəştli şərtlər (telefoniya + internet) - İstifadəçi 12 ay ardıcıl istifadə və ödəniş öhdəliyi ilə qoşulduqda 30 AZN qoşulma haqqından azad edilir və pulsuz ONT modemi əldə edir. Qeyd: Abunəçi 12 aylıq öhdəliyi pozduğu halda qoşulma və modem üçün müvafiq ödəniş etməlidir.

- Standart müqavilə (telefoniya + internet) - İstifadəçi standart müqavilə bağlayaraq telefon və internet xidməti aldıqda 30 AZN qoşulma haqqı və ONT modemi üçün endirimlə 50 AZN ödəniş edir.

"Aztelekom"un ADSL xidmətindən optik şəbəkəsinə keçid etmək istəyən mövcud istifadəçiləri üçün qaydalar:

- 12 aylıq güzəştli şərtlər (telefoniya + internet) - İstifadəçi 12 ay ardıcıl istifadə və ödəniş öhdəliyi ilə qoşulduqda 30 AZN qoşulma haqqından azad edilir və pulsuz ONT modemi əldə edir. Qeyd: Abunəçi 12 aylıq öhdəliyi pozduğu halda qoşulma və modem üçün müvafiq ödəniş etməlidir.

- Standart müqavilə (telefoniya + internet) - İstifadəçi standart müqavilə bağlayaraq telefon və internet xidməti aldıqda 30 AZN qoşulma haqqından azad edilir və ONT modemi üçün endirimlə 50 AZN ödəniş edir.

"Baktelecom"un optik şəbəkəsinə qoşulmaq istəyən istifadəçilər üçün qaydalar​ isə aşağıdakı kimidir:

- 12 aylıq güzəştli şərtlər (telefoniya + internet) - İstifadəçi 12 ay ardıcıl istifadə və ödəniş öhdəliyi ilə qoşulduqda 30 AZN qoşulma haqqından azad edilir və pulsuz ONT modemi əldə edir. Qeyd: Abunəçi 12 aylıq öhdəliyi pozduğu halda qoşulma və modem üçün müvafiq ödəniş etməlidir.

- Standart müqavilə (telefoniya + internet) - İstifadəçi standart müqavilə bağlayaraq telefon və internet xidməti aldıqda 30 AZN qoşulma haqqı və ONT modemi üçün endirimlə 50 AZN ödəniş edir.

- Standart müqavilə (telefoniya) - İstifadəçi standart müqavilə bağlayaraq yalnız telefon xidməti aldıqda 30 AZN qoşulma haqqı və ONT modemi üçün 110 AZN ödəniş edir.

"Baktelecom"un ADSL xidmətindən optik şəbəkəsinə keçid etmək istəyən mövcud istifadəçiləri üçün qaydalar:

- 12 aylıq güzəştli şərtlər (telefoniya + internet) - İstifadəçi 12 ay ardıcıl istifadə və ödəniş öhdəliyi ilə qoşulduqda 30 AZN qoşulma haqqından azad edilir və pulsuz ONT modemi əldə edir. Qeyd: Abunəçi 12 aylıq öhdəliyi pozduğu halda qoşulma və modem üçün müvafiq ödəniş etməlidir.

- Standart müqavilə (telefoniya + internet) - İstifadəçi standart müqavilə bağlayaraq telefon və internet xidməti aldıqda 30 AZN qoşulma haqqından azad edilir və ONT modemi üçün endirimlə 50 AZN ödəniş edir.

- Standart müqavilə (telefoniya) - İstifadəçi standart müqavilə bağlayaraq yalnız telefon xidməti aldıqda 30 AZN qoşulma haqqından azad edilir və ONT modemi üçün 110 AZN ödəniş edir.

19 Sentyabr 2024 Azərbaycanda təmizlik vasitələri bahalaşdı - VİDEO
19 Sentyabr 2024 İran iqtisadiyyatı iki dəfə kiçilib
19 Sentyabr 2024 Ölkəmizdə yağ niyə kəskin bahalaşdı?
19 Sentyabr 2024 Kredit ödəyəndə diqqət edin: “MilliÖn” faiz tutur
19 Sentyabr 2024 Bu yağlar kəskin bahalaşdı
18 Sentyabr 2024 Azərbaycanda orta aylıq maaş 1326 manat olacaq
18 Sentyabr 2024 Ətin kəskin şəkildə bahalaşmasının səbəbi - Video
13 Sentyabr 2024 Rusiya pul siyasətini sərtləşdirir: faizlər artdı
12 Sentyabr 2024 Kərə yağının bahalaşmasının səbəbi - Video
11 Sentyabr 2024 Yaşa görə müavinət alanlara sevindirici xəbər
10 Sentyabr 2024 AMB-nin “Nağd pul ofisi” fəaliyyətini dayandırır
29 Avqust 2024 Kiberşəbəkə ifşa edildi: Yarım milyon manat... - Video
27 Avqust 2024 Mərkəzi Bankın notları ilə bağlı hərrac keçiriləcək
27 Avqust 2024 AMB bu vəzifəli şəxsləri də cərimələdi
24 Avqust 2024 Ölkədə bu məhsulun idxalında kəskin artım oldu
23 Avqust 2024 Azərbaycada bu şirkət 20 min cərimələndi
20 Avqust 2024 Bütün növ pensiyalar bu tarixdə və bu qədər artacaq
15 Avqust 2024 Azərbaycanda internet bahalaşdı
15 Avqust 2024 Türkiyə lirəsi tarixi minimumu yenilədi
14 Avqust 2024 Bakıda 750 minlik fırıldaq: nazirliyin işçisini aldadaraq...
13 Avqust 2024 Bu şəxslərin maaşı artdı
09 Avqust 2024 Yeni yanacaqla niyə daha az məsafə qət edilir? - Ekspert
06 Avqust 2024 Qlobal birjalar bir gündə çökdü: Ölkəmizə təsiri necə olacaq?
05 Avqust 2024 Neft ucuzlaşır: manatın məzənnəsi qorunacaqmı?
31 İyul 2024 Pul siyasətinin sərtləşməsinə getməyəcəyik - Sədr
27 İyul 2024 Qeyri-adi dələduzluq: 3 nəfərin 43 minini, görün, necə alıb
26 İyul 2024 Bu şəxslərə hər ay 150 manat veriləcək - Qərar
24 İyul 2024 Pomidor ucuzlaşacaq
23 İyul 2024 “Azpulmanat”ın özbaşınalığı: Zəng edib, hədələyirlər…
09 İyul 2024 Bu şəxslərə hər ay 345 manat ödəniləcək - Qanun