Sürücülər Avro-5 standartının tətbiqindən sonra 100 km üçün avtomobillərin daha çox yanacaq sərf etməsindən şikayətlənirlər.

İddia edilir ki, daha əvvəl 100 km üçün istifadə olunan yanacaqla hazırda 70 km qət etmək olur.

Mövzu ilə bağlı Axar.az-a açıqlamasında ekspert Elməddin Muradlı bildirib ki, yanacağın keyfiyyəti ilə bağlı həqiqətən də son günlər narahatlıqlar var.

“Bu narahatlıq fonunda əsas diqqət çəkən odur ki, sərfiyyat çoxalıb. Qiymət artımından sonra əslində, bunun tam əksini gözləyirdik. Düzü, bunu özüm də şəxsi avtomobilimdə müşahidə edirəm. Ola bilsin ki, yanacaqdoldurma məntəqələrində yanacağın keyfiyyətinə müdaxilə olunur, tərkibinə müxtəlif maddələr qatılır, ona görə fərqli mənzərə ortaya çıxır. SOCAR dəfələrlə açıqlama verib ki, biz yanacağı ən yüksək keyfiyyətdə istehsal edirik, yanacaqdoldurma məntəqələri ona hansı qatqını qatır, necə satırsa, bu artıq bizim nəzarətimizdə deyil. Bu, əvvəllər də olub. Əminəm ki, bu gün də işlərinə haram qatan yanacaqdoldurma məntəqələri mövcuddur. Həmin qatqılar ətraf mühiti çirkləndirməklə yanaşı, həm də insanlar arasında müxtəlif xəstəliklərin yayılmasına gətirib çıxarır. Digər tərəfdən isə birmənalı olaraq vətəndaşın cibinə girilir”.

O bildirib ki, bu vəziyyətin qarşısını almaq üçün güc strukturlarının köməyinə ehtiyac var:

“Müdaxilə olmasa, vəziyyət gərgin olacaq. Yalnız güc strukturlarının, eləcə də Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında istehlakçıların hüquqlarının müdafiəsi ilə məşğul olan qurumun köməyi ilə bu məsələ həll edilə bilər. Həmin qurumların əməkdaşları mütləq yanacaqdoldurma məntəqələrində manitorinqlər aparmalı, o qüsurları aşkarlamalıdır. Həmin yanacaqdoldurma məntəqələrinə başqa cür təsir etmək mümkün deyil”.

19 Sentyabr 2024 Azərbaycanda təmizlik vasitələri bahalaşdı - VİDEO
19 Sentyabr 2024 İran iqtisadiyyatı iki dəfə kiçilib
19 Sentyabr 2024 Ölkəmizdə yağ niyə kəskin bahalaşdı?
19 Sentyabr 2024 Kredit ödəyəndə diqqət edin: “MilliÖn” faiz tutur
19 Sentyabr 2024 Bu yağlar kəskin bahalaşdı
18 Sentyabr 2024 Azərbaycanda orta aylıq maaş 1326 manat olacaq
18 Sentyabr 2024 Ətin kəskin şəkildə bahalaşmasının səbəbi - Video
13 Sentyabr 2024 Rusiya pul siyasətini sərtləşdirir: faizlər artdı
12 Sentyabr 2024 Kərə yağının bahalaşmasının səbəbi - Video
11 Sentyabr 2024 Yaşa görə müavinət alanlara sevindirici xəbər
10 Sentyabr 2024 AMB-nin “Nağd pul ofisi” fəaliyyətini dayandırır
29 Avqust 2024 Kiberşəbəkə ifşa edildi: Yarım milyon manat... - Video
27 Avqust 2024 Mərkəzi Bankın notları ilə bağlı hərrac keçiriləcək
27 Avqust 2024 Yeni qiymətlə razılaşmayanlar 130 AZN cərimələnir?
27 Avqust 2024 AMB bu vəzifəli şəxsləri də cərimələdi
24 Avqust 2024 Ölkədə bu məhsulun idxalında kəskin artım oldu
23 Avqust 2024 Azərbaycada bu şirkət 20 min cərimələndi
20 Avqust 2024 Bütün növ pensiyalar bu tarixdə və bu qədər artacaq
15 Avqust 2024 Azərbaycanda internet bahalaşdı
15 Avqust 2024 Türkiyə lirəsi tarixi minimumu yenilədi
14 Avqust 2024 Bakıda 750 minlik fırıldaq: nazirliyin işçisini aldadaraq...
13 Avqust 2024 Bu şəxslərin maaşı artdı
06 Avqust 2024 Qlobal birjalar bir gündə çökdü: Ölkəmizə təsiri necə olacaq?
05 Avqust 2024 Neft ucuzlaşır: manatın məzənnəsi qorunacaqmı?
31 İyul 2024 Pul siyasətinin sərtləşməsinə getməyəcəyik - Sədr
27 İyul 2024 Qeyri-adi dələduzluq: 3 nəfərin 43 minini, görün, necə alıb
26 İyul 2024 Bu şəxslərə hər ay 150 manat veriləcək - Qərar
24 İyul 2024 Pomidor ucuzlaşacaq
23 İyul 2024 “Azpulmanat”ın özbaşınalığı: Zəng edib, hədələyirlər…
09 İyul 2024 Bu şəxslərə hər ay 345 manat ödəniləcək - Qanun