Son xəbərlər

 

Bu ilin ilk 4 ayında pərakəndə ticarət şəbəkəsində 17 milyard manatlıq mal satılıb.

Bunun 9,6 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatları, 7,4 milyard manatı isə qeyri-ərzaq malları olub. Həmin müddətdə ərzaq məhsullarının alınmasına 8 milyard 693 milyon manat xərclənib. Bu dövrdə alıcıların xərclədiyi vəsaitin 51,2 faizi ərzaq məhsullarının, 5,2 faizi içkilər və tütün məmulatlarının, 13,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,8 faizi avtomobil benzini və dizel yanacağının, 4,4 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,3 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov qeyd edib.

O bildirib ki, ümumi xərcləmədə ərzaq məhsullarının payı yüksək olaraq qalmaqdadır:

“Bu o deməkdir ki, vətəndaşlar xərclədikləri hər 100 manatın 51 manatını, yəni yarıdan çoxunu ərzağın alınmasına yönəldiblər. İnkişaf etmiş ölkələrdə ümumi istehlakın ¼-i ərzaq məhsullarının alınmasına yönəldilir.

Ərzaq məhsullarına daha çox pulun xərclənməsi ənənəvi tələblə bağlı olsa da, son 2 ildəki inflyasiya səviyyəsi də təsirsiz deyil. İstənilən məhsul üzrə xərcləmələrdə tələblə yanaşı, istehlak bazarındakı qiymət səviyyəsi də əsas faktorlardandır. Ərzaq məhsullarının daha çox xərc payına malik olması yığım imkanlarını da məhdudlaşdırır”.

02 İyul 2024 Azərbaycanda buğda ucuzlaşdı
30 İyun 2024 Sabah Aİ-95 kəskin ucuzlaşır: Aİ-92 bahalaşır
30 İyun 2024 Sabahdan Rusiyada arağın qiyməti bahalaşır
28 İyun 2024 Bu şəxslər 4 min manat cərimələnəcək
20 İyun 2024 Bu şəxslərin maaşı 1933 manat oldu
19 İyun 2024 Azərbaycan buğda idxalını azaltdı
12 İyun 2024 Mənzil bazarında yenilik - İndi al, köçəndən sonra ödə!
12 İyun 2024 “TuranBank” 32 yaşını qeyd edir - Etibarlı tərəfdaş
11 İyun 2024 Enerji təchizatı şəbəkələrinə qoşulma ilə bağlı yeni qaydalar
11 İyun 2024 Nikah yaşının 1 il azaldılması halı aradan qaldırılır
09 İyun 2024 Bu rayonda mal ətinin maya dəyəri 2 manatdır
07 İyun 2024 Pensiyaya daha tez necə çıxmaq olar?
06 İyun 2024 “166 Logistika” Bakı Enerji Həftəsində diqqət mərkəzində! - Video
04 İyun 2024 Azərbaycan Avro-5 benzinin istehsalına başlayır
03 İyun 2024 Bu zavod 6 milyona satışa çıxarıldı
03 İyun 2024 Bakı bu ölkənin yataqlarına investisiya yatırmaq istəyir
03 İyun 2024 Saxta əlillik aldı: 17 min manatı mənimsədi
02 İyun 2024 OPEC+ neft hasilatı ilə bağlı qərarını verdi
30 May 2024 m10-da QR ilə ödə, 1-ci və 10-cu gedişin bizdən olsun!
29 May 2024 “Baku Electronics” 30 yaşını qeyd edir! - Video
29 May 2024 Azərbaycanda 1,64 milyonluq şirkət ləğv olundu
27 May 2024 Bakının ən çox və ən az əməkhaqqı alan rayonları...
25 May 2024 Daha 2 bankın ləğv prosesi yekunlaşdırıldı
23 May 2024 Azərbaycan xaricdən bu qədər borc almaq istəyir
21 May 2024 Bu şəxslərin maaşı 100 manata yaxın artdı
14 May 2024 Deputatdan müjdə: Maaşlarda ikirəqəmli artım gözlənilir
13 May 2024 Bu qadınların maaşı artırıla bilər
13 May 2024 “Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artırdı
13 May 2024 Gömrük bağlamanı aça bilərmi? - Video
12 May 2024 OPEK-in qərarı ilə razılaşmayacağıq - İraq