Azərbaycanda dərmanların qiyməti ətrafında müzakirə hər zaman aktualdır.

Son vaxtlar bu mövzuya ictimai diqqət daha da artıb.

Buna səbəb qonşu ölkələrlə bizdəki kəskin qiymət fərqidir. Məsələn, Türkiyədə Azərbaycan valyutası ilə 14 manata satılan dərman ölkəmizdə fəaliyyət göstərən apteklərdə 70-80 manata təklif edilir. Bu da ictimaiyyətdə haqlı etirazlara səbəb olur. İnsanlar həm dərmanın keyfiyyətindən, həm də qiymətlərdən narazılıq edirlər.

Axar.az xəbər verir ki, deputat Siyavuş Novruzov Globalindo.az-a açıqlamasında dərman qiymətlərinin baha olması ilə bağlı dəfələrlə Milli Məclisdə məsələ qaldırdıqlarını bildirib.

O, həm dərmanların keyfiyyətinin aşağı, həm də qiymətlərin baha olduğunu müzakirə etdiklərini qeyd edib:

“Düzdür, Azərbaycan özü dərman istehsal etmir deyə, əsasən başqa ölkələrdən gətirilir. Amma yenə də keyfiyyət və qiymətlərdə qüsur var. Fikir vermisinizsə, koronovirus və vaksinlərdən sonra insanların əksəriyyəti apteklərdən çıxmır. Çünki onların müxtəlif xəstəlikləri baş qaldırıb. Birinin gözündə, digərinin ürəyində, kiminsə oynaqlarında, başında, yaddaşında problemlər yaranıb. Bu gün elə bir adam yoxdur ki, dərmandan istifadə etməsin. O baxımdan hesab edirəm ki, burada tənzimlənməyə ehtiyac var”.

Deputat deyib ki, Türkiyədə 14 manata satılan dərman ölkədə 70 manata satılırsa, bu, faciədir:

“Qardaş ölkədə aptekdə o qiymətədir. Lakin fabrikdən aldıqda daha ucuz başa gəlir. Onu da ucuz alıb dəfələrlə baha satmaq heç yaxşı hal deyil. Razıyam, gömrük xərclərini ödədikdən sonra müəyyən qədər faiz əlavə etmək olar. Amma 50-60 manat yox. Türkiyədə belə bir sistem var ki, Səhiyyə Nazirliyinin nümayəndələri özlərini tanıtmadan apteklərdən dərman alırlar ki, həm qiymətini bilsinlər, həm də onun keyfiyyətini laboratoriyada araşdırsınlar. Bundan sonra artıq qərar verirlər. Hər şey qaydasındadırsa, həmin aptekin işləməyinə icazə verilir, deyilsə, fəaliyyətini dayandırırlar. Bizim səhiyyə sistemimiz də belə monitorinqlər keçirməlidir. Bilinməlidir ki, qiymət necədir və insanlar nələri qəbul edirlər. Dövlət tərəfindən pulsuz verilən dərmanlar gömrük xərclərindən azad edilib. Digərləri kommersiya olduğu üçün isə kimsə onlara qarışa bilmir. Çünki ayrı-ayrı şirkətlərdir və müxtəlif ölkələrdən dərman sifariş verirlər. O baxımdan da gömrük xərclərindən azad etmək olmur”.

04 İyul 2024 “Plastik əməliyyat günahdır”
04 İyul 2024 Kamran Əliyev İraq Ali Məhkəməsinin sədri ilə görüşdü
04 İyul 2024 “Uşaq xəstə olub...” - Əhmədin dayısı
04 İyul 2024 Xamenei azərbaycanlını prezident edir... - Şok ssenari
04 İyul 2024 Bu, Ərdoğanın Putinlə görüşünə “cavab” idi - General
04 İyul 2024 Bir türkün İranda prezident olması üçün... - Piruz Dilənçi
04 İyul 2024 Ceyhun Musaoğluya vəzifə verildi
04 İyul 2024 Bildiyiniz abidələrin - Bilinməyən tərəfləri
04 İyul 2024 Alimlər Marsda yaşaya biləcək bitkini kəşf ediblər
04 İyul 2024 Barış Manço axtarılır! – Oğlu açıqlama verdi
04 İyul 2024 Ərdoğan vasitəçi ola bilməz - Kreml
04 İyul 2024 Xəbərdarlıq: Bakını gözləyən zəlzələnin vaxtı açıqlandı
04 İyul 2024 Rasputini öldürən, Stalinin qorxduğu azərbaycanlı
03 İyul 2024 Məsciddə imam olmaq istəyənlərdən 9-u imtahandan kəsildi
03 İyul 2024 Əliyev: Milli valyutalarda qarşılıqlı hesablaşmalar artır
03 İyul 2024 Açıq deyirəm, Azərbaycanda baş verənlər... - Tokayev
03 İyul 2024 Siandan Bakıya yeni qatar marşrutu istifadəyə verildi
03 İyul 2024 Susda ilk körpə doğuldu - Fotolar
03 İyul 2024 "Onlar jurnalistikada pul qazanmağın yolunu tapıblar"
03 İyul 2024 Pezeşkian separatçı və pantürkistdir - Fars professor
03 İyul 2024 İrəvan Türkiyə ilə sərhədin açılmasına hazırdır
03 İyul 2024 Tualet problemini həll etdik, xaricdən təşəkkür alırıq - İran
03 İyul 2024 Toplum TV işi üzrə saxlanılanlar barədə qərar verildi
03 İyul 2024 Kobaxidze Mirzoyanla görüşdü
03 İyul 2024 İlham Əliyev Qazaxıstanda səfərdədir
03 İyul 2024 Azərbaycanda gəmi satılır - Qiyməti açıqlandı
03 İyul 2024 Bu deputatlar namizədliyini irəli sürə bilməyəcək
03 İyul 2024 Azərbaycan Hindistana başsağlığı verdi
03 İyul 2024 ABŞ-ın Bakı və İrəvan mövqeyi: Nə olursa olsun… – Badalyan
03 İyul 2024 Lukaşenko Avropanı miqrantlarla hədələdi