Prezident Ərdoğanın Suriya ilə normallaşma mesajından dərhal sonra Kayseridə başladılan təxribat cəhdləri hazırda hərtərəfli şəkildə dövlət tərəfindən nəzarətə alınıb.

 

Axar.az xəbər verir ki, bu sözləri “MOSSAD dəstəkli provokasiyanın şifrələri” adlı yazısında türkiyəli jurnalist, terror və təhlükəsizlik üzrə ekspert Zəfər Şahin qeyd edib.

Ekspert təxribatlarda MOSSAD-ın əlinin olduğunu bildirib:

“MOSSAD-ın tvit ataraq dəstəyini elan etdiyi təxribatı eyni anda Suriyaya sıçratma cəhdi öz qurduğu tələni üzə çıxardı. Suriyada “Fərat qalxanı” əməliyyatı ilə türk əsgərinin nəzarət altında saxladığı bölgədə bir qrup azlıq tərəfindən başladılan küçə iğtişaşları da TSQ tərəfindən yatırıldı və atılan addım öz məqsədinə çatmadı.

Bölgədə baş verən hadisələrin açıq şəkildə təxribat olduğunu göstərən bəzi səbəblər var. Belə ki, Suriyada işğal etdiyi torpaqlarda yerli idarəetmə orqanlarına “seçki” keçirməyi planlaşdıran PKK/YPG Türkiyənin bölgədə bir terror dövləti qurulmağına icazə verməyəcəyi ilə bağlı kəskin xəbərdarlığından sonra bunu təxirə saldı. Terror təşkilatı Rakka, Deyr Əz-Zor, Hələb və Hasekə daxil, dörd vilayəti, Eyn əl- Ərəb, Mənbiç, Afrinin Şahba ilə Tabka bölgələrini əhatə edəcək şəkildə “seçki” keçirmək və özünə legitimlik qazandırmağa çalışırdı. Türkiyənin bunu əngəlləməsinə görə, sözügedən bölgədə ölkəmizə qarşı terror fəaliyyətlərini artırmışdı”.

Şahin Türkiyənin təxirəsalınmaz tədbirləri ilə bölgədə vəziyyətin normallaşdırıldığını bildirib:

“Dünən baş verənlərlə bağlı bunun arxasında “Radikal Şimal Fırtınası” qrupunun dayandığını deyə bilərik. Xüsusilə Qərbdə ifrat sağın yüksəldiyi bir dövrdə sərgilənən populist yanaşma Kayseridə meydana gələn təxribatdan sonra Türkiyənin bölgədə güclənməsini istəməyən qrupları da hərəkətə keçirdi. Yayılan videolardan bayrağımıza qarşı millətimizin həssas yanaşmasını daha da artıracaq sosial media kampaniyasının aparıldığı aydın olur. Bu kampaniya hazırda öz məqamını gözləyən ünsürlərin daxili qarışıqlıq çıxarmaq məqsədinə xidmət edir. Bayrağımıza qarşı atılan addımlara mehmetçiyimizlə birlikdə Azad Suriya Ordusu da müdaxilə etdi, təxribatların qarşısı alındı. Hərəkat bölgəsində sabitliyin yenidən təmin olunması ilə normal vəziyyət bərpa olundu”.

04 İyul 2024 Putindən mesaj: İstanbul razılaşmaları masa üzərindədir
04 İyul 2024 Zelenskidən Putinə sürpriz: Masaya çağırır!
04 İyul 2024 ŞƏT-də maraqlı təklif: Vahid valyuta yaradaq!
04 İyul 2024 Tokayev: BMT-nin alternativi yoxdur
04 İyul 2024 Fransızların yarısı onun qalib gəlməsini istəyir - Sorğu
04 İyul 2024 Bizə kimin əngəl olduğu məlumdur, Ərdoğanın isə...
04 İyul 2024 Ərdoğan Lukaşenko ilə görüşdü: Ukrayna müzakirəsi...
04 İyul 2024 Trampın bu niyyətini ciddi qəbul edirəm - Putin
04 İyul 2024 Ərdoğan Azərbaycana səfərini ləğv etdi
04 İyul 2024 Ərdoğanın Azərbaycana səfərinin ləğvi... - Türkiyə səfirliyi
04 İyul 2024 Bu xəstəlik İsraildə 11 can aldı
03 İyul 2024 Rus qazı əvəzinə, Azərbaycan qazı... - Zelenski açıqladı
03 İyul 2024 Ərdoğandan Putinə: Əvvəlcə atəşkəs, sonra sülh sazişi...
03 İyul 2024 Hizbullah İsrailə azı 100 raket atdı
03 İyul 2024 İsrail Hizbullahın elit bölməsinin komandirini məhv etdi
03 İyul 2024 Zelenski Şmıqaldan yorulub – KİV
03 İyul 2024 Seçici fəallığı gözlədiyimizdən az idi - Xamenei
03 İyul 2024 Pezeşkianın növbəti debatı: Cəlili bəlalar gətirəcək
03 İyul 2024 Dağıstanda niqab taxmaq qadağan edildi
03 İyul 2024 Cəlilinin nümayəndələri azərbaycanlıları təhqir etdi
03 İyul 2024 Obama Baydenə xəbərdarlıq etdi: Çətin olacaq!
03 İyul 2024 Ərdoğan və Putinin buna siyasi iradəsi var - Peskov
03 İyul 2024 Suriyada əlavə addımlar atılacaq - Ərdoğan
02 İyul 2024 ABŞ və Venesuela yenidən danışıqlara başlayır
02 İyul 2024 Antiterror əməliyyatından sonra bağlanan TV açılır
02 İyul 2024 Orbandan Zelenskiyə təklif: Rusiya ilə atəşkəs...
02 İyul 2024 Orban gözlənilmədən Ukraynaya getdi
02 İyul 2024 İyunda mürəkkəb sinoptik şərait müşahidə olunub
02 İyul 2024 İranda 7 nəfər quduzluqdan öldü
02 İyul 2024 Şahramanyanın maşını narkotikə görə müsadirə edilib